Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 943497
Haqqında məlumat
Obyektin növüTorpaq sahəsi
MetroKoroğlu
Torpaq sahəsi9 sot
SənədÇıxarışlı
KreditKreditlə
Albalılıq (Vişnyovka) ərazisində, yeni tikilən sanatoriyanın yanında 9.6 sot torpaq sahəsi satılır. Torpağın çıxarışı (kupçası) var və sahə ayrıca sənədləşdirilib.
Ümumi 20 sotluq bağ evinin yarı hissəsidir. Ərazinin 3 tərəfi kubik divarla hasarlanıb. Divar boyunca böyük şam ağacları, ərazinin ortasında isə müxtəlif meyvə ağacları yerləşir. Su quyusu və şambo mövcuddur.
Çox sakit, havası təmiz və əlverişli ərazidə yerləşir. Kardiologiya sanatoriyasının hava xəttinin üzərində, zeytunluq və badam meşəsinin yaxınlığındadır. Yola yaxınlığı və yaxşı qonşuluğu ilə seçilir.
İstəyə uyğun olaraq bütün 20 sot ərazi, 1 mərtəbəli + mansardlı ev, kubiklə hörülmüş toyuq damı və besedka ilə birlikdə də satıla bilər.
Sahə: 9.6 sot
Sənəd: Çıxarış (kupça)