Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 943802
Haqqında məlumat
Obyektin növüTorpaq sahəsi
Torpaq sahəsi9 sot
SənədDigər
KreditKreditsiz
Torpaq Qubanın gözəl kəndlərindən biri olan İkinci Nügədidə yerləşir. 9-cu məhəllə, asfalt yoldan birinci küçədir. Gözəl havası və mənzərəsi olan sakit ərazidə yerləşir. Torpaq tam mərkəzdədir və bütün istirahət məkanlarına rahat çıxış imkanı var. Çənlibel gölü, Macəra otel, Cənnət bağı, Təngəaltı, Qəçrəş və digər istirahət yerlərinə yaxındır. Torpaq tikinti təyinatlıdır, şəxsi mülkiyyətdir. Kupçası (çıxarışı) mövcuddur. İşıq və qaz çəkilib, sayğaclar quraşdırılıb. Əvvəllər torpaq sahəsində ev olub, həmin evin də kupçası və texniki pasportu var. Qısacası, sənədli torpaq alıb rahat şəkildə ev tikmək və özün üçün kənd həyatını yaşamaq mümkündür. Torpaq özümə məxsusdur, vasitəçi deyiləm. Real marağı olan şəxslər WhatsApp vasitəsilə yaza bilər, istəsə video və konum göndərə bilərəm. Torpaq sahəsi 9 sotdur, münbit və nəsildən qalma torpaqdır. Sənədləşmə və adınıza keçirilmə xərcləri mənim tərəfimdən ödəniləcək.