Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 998848
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroGənclik
Sahə175 m2
Mərtəbə8 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Gənclik metrosunun yaxınlığında təcili satış – Premium 3 otaqlı mənzil
Bakının ən prestijli və yüksək tələbat olan ərazilərindən birində,Gənclik metrosunun yaxınlığında (cemi 8 deqiqe piyada mesafesinde) yerləşən 17 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən yüksək keyfiyyətlə təmir olunmuş 3 otaqlı mənzil təcili olaraq satışa təqdim olunur.Menzilin 3 san/qovsagi movcuddur.
Menzilin Cixarisi var.
Esyali satilir.
Mənzil geniş və işıqlı otaqları, funksional planlaşdırılması və zövqlü təmiri ilə rahat yaşayış üçün ideal seçimdir.Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub və mənzil əlavə xərc tələb etmədən yaşayışa tam hazırdır.
Mənzil şəhərin ən əlverişli lokasiyalarından birində yerləşir. Gənclik metrostansiyasına yaxınlığı sayəsində şəhərin istənilən istiqamətinə rahat və sürətli nəqliyyat imkanı mövcuddur.
Kompleksin ətrafında Azərbaycan ve ADA Universiteti,nüfuzlu məktəblər ,uşaq bağçaları yerləşir ki, bu da ailələr üçün böyük üstünlük yaradır.
Gündəlik ehtiyaclarınızı qarşılamaq üçün iri supermarketlər, ticarət obyektləri, brend mağazalar, restoranlar, kafelər, banklar, apteklər və digər xidmət sahələri binadan cəmi bir neçə addımlıq məsafədədir.
Bakı Sağlamlıq Mərkəzi və digər aparıcı tibb müəssisələrinin,Asan xidmetin yaxınlıqda yerləşməsi mənzilin dəyərini və rahatlığını artıran mühüm üstünlüklərdəndir.
İstirahət sevənlər üçün isə Dədə Qorqud Parkı,Zorge Parkı,Bakı Zooparkı və yeni salınmış park piyada məsafəsində yerləşir.Bu mövqe həm ailəvi istirahət, həm də aktiv həyat tərzi üçün ideal seçimdir.
Belə əlverişli lokasiyada yerləşən mənzillər bazarda nadir hallarda satışa çıxarılır və həm yaşayış, həm də investisiya məqsədi üçün yüksək potensiala malikdir.
Real alıcı ilə qiymət məsələsində razılaşmaq mümkündür.
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.