Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 998332
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə118 m2
Otaq sayı3 otaq
KreditKreditsiz
Salam ! Evin bütün çöl divarları keyfiyyətli şəkildə izolyasiya olunub, Pena Plas ilə üzlənib və rənglənib. Bu işlərə 4.500 AZN-dən çox vəsait xərclənib. Həyətin abadlaşdırılmasına xüsusi diqqət yetirilib. Həyət ağacları və ağacların ətrafında yerləşdirilən ağ daşlara 3.000 AZN xərclənib. Həyət səliqəli və baxımlıdır. Cam balkon keyfiyyətli materiallardan hazırlanıb və 2.500 AZN xərclənib. Balkonun üst hissəsində istifadə olunan bişmiş, ağırlığa davamlı və keyfiyyətli şüşə materiala 3.500 AZN vəsait qoyulub. Hasarın üst hissəsinə 4.000 AZN xərclənib. Evin təhlükəsizlik sistemi tam qurulub və buna 2.000 AZN xərclənib. Balkonda və cam balkonda yerləşən masa-divan dəstləri yağışa davamlı, su keçirməyən keyfiyyətli materialdan hazırlanıb və Mayakdan alınıb. Bu mebellərə ümumilikdə 15.000 AZN xərclənib. Həyətdə yelləncək – 1.500 AZN. Ləşanka/hovuz ətrafı üçün alüminium, paslanmayan konstruksiya – 1.500 AZN. 2 ədəd keyfiyyətli pelet soba – 1.000 AZN. Ocaq dəsti – 500 AZN. Meşə odunları – təxminən 2.000 AZN. Evin girişinə qədər asfalt çəkdirilib – 2.000 AZN. Həyətdə çöldə ayaqyolu da var. Əlavə su çəni/bakı quraşdırılıb və buna 800 AZN xərclənib. Kombi və Pitminutka sistemi, filtr və digər su/isitmə avadanlıqları ilə birlikdə ümumilikdə 2.000 AZN xərclənib. Evin arxa hissəsində əlavə əl damı tikilib. Cam balkonda manqal üçün xüsusi yer də hazırlanıb və buna 2.500 AZN xərclənib. Hamam dəstinə 4.000 AZN xərclənib. Digər ev mebellərinə isə 50.000 AZN-dən çox vəsait qoyulub. Bütün otaqlarda kondisioner mövcuddur. Evdə olan bütün mebellər, texnika, avadanlıqlar və digər əşyalar evlə birlikdə qalacaq. Evden heçne çıxmır her şey qalır idman aparatlarına qeder Bu ev sadəcə tikilib satılan adi bağ evi deyil — rahatlıq, təhlükəsizlik və keyfiyyət nəzərə alınaraq tam şəkildə hazırlanıb. Həyətindən tutmuş balkonuna, mebellərindən təhlükəsizlik sisteminə qədər hər detal üçün ciddi vəsait xərclənib. Əlavə təmir, mebel və ya avadanlıq almağa ehtiyac yoxdur. GİR, YAŞA evdir.