Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 995524
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə220 m2
Torpaq sahəsi5 sot
Otaq sayı7 otaq
KreditKreditsiz
Sumqayıt şəhərinin mərkəzində 5 sotda 2 mərtəbəli həyət evi satılır ŞƏXSİ EVİMDİR – MÜLKİYYƏTÇİ TƏRƏFİNDƏN SATILIR! Sumqayıt şəhərinin mərkəzi hissəsində, əlverişli və infrastrukturu inkişaf etmiş ərazidə yerləşən, şəxsi yaşayış üçün keyfiyyətlə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi satışa çıxarılır. Ev məktəb, uşaq bağçası, ictimai nəqliyyat dayanacaqları və Sumqayıt Avtovağzalına yaxın məsafədə yerləşir. Sakit və rahat yaşayış mühitinə malikdir. EV HAQQINDA: - Torpaq sahəsi: 5 sot - Ümumi sahə: 220 m² - Mərtəbə sayı: 2 - Hər mərtəbə: 110 m² - Qoşa daşla (qoşa kubiklə) tikilib, möhkəm bünövrəyə malikdir - Tam təmirli və yaşayışa hazırdır KOMMUNİKASİYA VƏ TƏCHİZAT: - Qaz, su və elektrik enerjisi - Kombi istilik sistemi - Kondisioner - İnternet və ev telefonu - Generator sistemi - Təhlükəsizlik kameraları - Domofon sistemi - Su motoru və 1 tonluq ehtiyat su çəni - Keyfiyyətli elektrik kabelləşməsi HƏYƏT VƏ ƏLAVƏ ÜSTÜNLÜKLƏR: 5 sot torpaq sahəsində səliqəli həyət, təxminən 12 illik müxtəlif meyvə ağacları, dekorativ güllər və yaşıllıq mövcuddur. Həyətin arxa hissəsində əlavə təsərrüfat tikilisi (toyuq hini) yerləşir. Mətbəx mebeli və bir çox məişət əşyaları evdə saxlanılacaq. Ev şəxsi yaşayış üçün tikildiyindən tikinti keyfiyyətinə və rahatlığa xüsusi diqqət yetirilib. Geniş həyəti, əlverişli yerləşməsi və tam kommunal təchizatı ilə ailəvi yaşayış üçün uyğun seçimdir. Ətraflı məlumat almaq və evə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.