Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
24.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 993444
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə52 m2
Otaq sayı1 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Novxanı-Xırdalan yolunda, MİDA Saray layihəsinin arxasındakı hündür və havası təmiz təpəlik ərazidə (Masazır duz gölü mənzərəli), yoldan 1200 metr içəridə, 10 sot ümumi sahəsi olan şəxsi mülk satılır. Sənədi ÇIXARIŞ (KUPÇA) VAR. Həyətdə iki fərqli tikili mövcuddur: 1. Tam təmirli və yaşayışlı Qonaq Evi (52 m²): 9.5m × 5.5m ölçüdə, dəmir-beton monolit karkas, cüt daşla tikilib. İçərisində studio mətbəxi, kombi sistemi, keramoqranit döşəməsi və isti polu var. Tam təmirlidir, hazırda yaşayış var. 2. Yarımçıq tikili (Əsas ev): Eni 12.1m, uzunluğu 13m (Qaraj hissəsi ilə birlikdə uzunluğu 16m). Altı və üstü tamamilə monolit betondur. Konstruksiya 16 ədəd beton kalon üzərində qurulub və divarları cüt daşdır. Daxili hündürlük 2.70 metrdir. Alt mərtəbəsi qaraj, idman zalı və yardımçı otaq, üstü isə geniş yaşayış mərtəbəsi üçün nəzərdə tutulub. Podmayak vəziyyətdədir. Həyətin digər üstünlükləri: • Yeraltı su anbarı: 24 tonluq (2x4x3m) tam betondan tökülmüş yeraltı su çəni. Su xəttindən gələn su burada dinlənilir və hidrofor vasitəsilə bütün həyətə və evlərə avtomatik paylanır. • Söhbətkah (Besedka): 3.5m × 6.5m ölçüdə hazır çardax. • Təsərrüfat sahəsi: 21 m² sahəsi olan hazır toyuq hini və bitişik həyət tualeti. • Bağ-bağat: 3 illik, artıq bar verən meyvə ağacları əkilib. Həyətin 4 fərqli nöqtəsinə su xətti çəkilib. • Kommunallar: Qaz, işıq, su və internet xətti daimidir. Həyətin maşın yolu çınqıllanıb. Özünə keyfiyyətli, fundamenti möhkəm mülk axtaranlar və ya tikinti müddətində hazır qonaq evində yaşayıb əsas evi tamamlamaq istəyənlər üçün ideal variantdır. Gələcəkdə nəzərdə tutulan layihənin də şəklini yükləyirəm. Qiymət: 165 000 AZN (Start)