Satılır 15 otaqlı həyət evi/bağ evi 700 m², Pirşağı q.
23.10.2026
Elan nömrəsi: 988616
bina.az Mülkiyyətçi
380.000 AZN 543 AZN/m2 Satılır
Təmirli
Bakı. Sabunçu Pirşağı Əjdər Məlikov küçəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.10.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 988616
Haqqında məlumat
Sahə 700 m2
Otaq sayı 15 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Geniş, komfortlu və yüksək keyfiyyətlə tikilmiş 4 mərtəbəli villa Pirşağı qəsəbəsində yerləşir. Ümumi sahəsi 700 m²-dən çox olan bu villa 15 geniş otaqdan ibarətdir və 11.5 sot yaşıllıqlarla əhatə olunmuş həyətin içərisində yerləşir. Villa şəxsi istifadə üçün inşa edildiyindən tikinti zamanı ən keyfiyyətli materiallardan istifadə olunmuş və bütün detallara xüsusi diqqət yetirilmişdir. Həm evin, həm də torpaq sahəsinin çıxarışı mövcuddur. Ev tam təmirlidir və yay-qış yaşamaq üçünnəzərdə tutulmuşdur. Hər 3 mərtəbədə hamam və tualet yerləşir. Birinci mərtəbədə qonaq otağı istisna olmaqla bütün sahələr isti pol sistemi ilə təchiz olunmuşdur. İkinci və üçüncü mərtəbələrdə isə hamam və tualetlər isti pol ilə təmin edilib. Dördüncü mərtəbə mansard tipli olub sport üslubunda qurulmuşdur. Villanın həyəti rahat və funksional planlaşdırılıb: geniş qaraj, avtomobillər üçün naves, yay və qış bisetkaları, həyətdə ayrıca mətbəx və sanitar qovşaq mövcuddur. Qış bisetkası cam balkonla örtülərək isti pol sistemi ilə təchiz olunub və ilin bütün fəsillərində istifadə üçün ideal şərait yaradır. Qaraj və həyət qapıları uzaqdan idarə olunan pult vasitəsilə açılıb-bağlanır. Evin ikinci mərtəbəsində iki otaqdan çıxışı olan eyvan yerləşir. Üçüncü mərtəbədə isə cam balkonla örtülmüş geniş terras və üstü açıq böyük eyvan mövcuddur ki, bu da istirahət və gözəl vaxt keçirmək üçün mükəmməl məkan yaradır. Şəxsi səbəblərlə əlaqədar villa təcili satılır və alıcıya yaxşı endirimlər nəzərdə tutulur. Villanın mülkiyyətçisi olduğum üçün qiymətin üzərinə əlavə makler faizləri gəlməyəcəkdir.
Zəng et
Bənzər elanlar