Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 986639
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə110 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ceyranbatanda 110 m², qanuni 5 otaqlı, EKSPERİMENTAL layihəli mənzil – MÜLKİYYƏTÇİDƏN Ceyranbatan qəsəbəsinin mərkəzinə və məktəbə yaxın ərazidə, 5 mərtəbəli eksperimental layihəli daş binanın 5-ci mərtəbəsində yerləşən, təmirli, qanuni 5 otaqlı mənzil satılır. Mənzil haqqında: • Ümumi sahə: 110 m² (divarlar daxil) • Çıxarışda göstərilən sahə: 91,9 m² (divarlar çıxılmaqla hesablanmış sahə) • Otaqlar: 1 zal, 3 yataq otağı, 1 yemək otağı • Bütün otaqlar ayrıdır, keçid otağı yoxdur. • Yelçəkən (skvaznoy) mənzildir, pəncərələr hər iki tərəfə açılır. • 2 daxili balkon, ayrı hamam və tualet mövcuddur. • Çıxarış (kupça) var, 5 otaq qanunidir. Əlavə üstünlüklər: • Binanın üzərinə fronton tipli dam örtüyü vurulub, mənzildə nəmlik və su sızması yoxdur. • Su, qaz, elektrik, kanalizasiya və kombi sistemi işlək vəziyyətdədir. • Mənzil mebellərlə və 3 kondisionerlə birlikdə satılır. Soyuducu və televizor qiymətə daxil deyil. • Son 6 ildə daimi yaşayış olmayıb, lakin evə mütəmadi nəzarət edilib. Yerləşmə: Qəsəbənin mərkəzinə və məktəbə yaxın, Bakı–Sumqayıt magistral yoluna təxminən 400 metr məsafədədir. Qiymət: 179 000 AZN. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Birbaşa mülkiyyətçidən satışdır. Maklerlər və vasitəçilər narahat etməsin! Yalnız real alıcılar əlaqə saxlasın.