Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 985789
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə65 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
GƏNCLİK METROSUNUN YAXINLIĞINDA, ATATÜRK PARKINA MƏNZƏRƏLİ, KUPÇALI VƏ İPOTEKAYA YARARLI 3 OTAQLI MƏNZİL SATILIR! Gənclik ərazisində yerləşən 9 mərtəbəli eksperimental layihəli binanın 4-cü mərtəbəsində yeni təmirli mənzil satışa təqdim olunur. Mənzil 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib, yelçəkən layihəyə malikdir və rahat planlaşdırılması ilə seçilir. Çıxarışı (kupçası) var və ipotekaya tam yararlıdır. Mənzil yüksək keyfiyyətlə təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Hamam və tualet ayrıdır. Fərdi kombi istilik sistemi quraşdırılıb, qaz, su və işıq daimidir. Əlavə olaraq, 500 litrlik ehtiyat su çəni mövcuddur. Mənzilin eyvanı yaşayış sahəsindən təcrid olunub və birbaşa Atatürk parkının yaşıllığına mənzərəsi var. Blokda 24/7 işləyən təhlükəsizlik kameraları quraşdırılıb. Yerləşmə baxımından da üstün mövqedədir: Gənclik metrosuna piyada təxminən 8–9 dəqiqəlik məsafədədir. Blokdan birbaşa Atatürk parkına çıxış mövcuddur. Ərazi sakit, yaşıllıqla əhatə olunmuş və yaşayış üçün əlverişlidir. Yaxınlıqda məktəblər, uşaq bağçaları, marketlər, iaşə obyektləri və ictimai nəqliyyat dayanacaqları yerləşir. Yeni təmiri, park mənzərəsi, yelçəkən planı və ipotekaya yararlı sənədləri ilə seçilən mənzil həm komfortlu yaşayış, həm də uzunmüddətli investisiya üçün əla seçimdi Ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp da Aktivdir. Ofis xidmət haqqı 1 %