Satılır / Torpaq / Xaçmaz
22.10.2026
Elan nömrəsi: 985229
evv.az Mülkiyyətçi
55.000 AZN Satılır
Təmirsiz
Xaçmaz. Xaçmaz Xaçmaz r.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(994) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.10.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 985229
Haqqında məlumat
Obyektin növü Torpaq sahəsi
Torpaq sahəsi 127 sot
Sənəd Çıxarışlı
Kredit Kreditlə
- Çıxarışı var. Kənd təsərrüfatı təyinatlı torpaqdır. - 1.27 hektar bağ sahəsi. - Ağaclar vahid sxemlə sıralarla çox səliqəli əkilmişdir. - Ağaclar artıq böyükdür və təzə ağaclar əkiləndəki kimi başqaları tərəfindən oğurlanması mümkün deyil. - Cərgələrarası məsafə texniki qulluq, yığım üçün əlverişlidir. Texnikanın rahat, maneəsiz hərəkəti üçün ara məsafələri nəzərə alınmışdır. - Sahə boyunca bir sıradan digərinə keçmək üçün maşın və texnika üçün geniş yol vardır. - Bağda chandler (şandler) növ qoz ağacları əkilib. Qeyd edim ki, nazik qabıq (qozqırana ehtiyac belə olmadan barmaqla belə asanlıqla qırmaq olur), qabıqdan çox rahat çıxan, çox dadlı, acı olamayan qozdur. Kim yeyir çox bəyənir. Digər qozlar kimi acı deyil bildirilir. -7 illik ağaclardır və yüksək məhsul verir. - Ərazidə 8 metrdən su çıxır və ağacların hazırki hündürlüyü 4 metrdir. Ağacların kökləri 1-2 ilə yaxşı sulandığı halda artıq su mənbəyinə çatmış olacaq və suvarmağa çox da ehtiyac olmayacaq o zaman. - Qeyd: yüksək məhsul yığmaq üçün hər il mütləq şəkildə həftədə 2-3 dəfə suvarılmalıdır, gübrələri verilməlidir, alaq otu vurulmalıdır. Yəni bağa yaxşı baxılmalıdır ki, yaxşı məhsul götürülsün. - Sahəyə bir neçə yerə sahəni tam çəkəcək şəkildə sahələr üçün nəzərdə tutulan xüsusi, səslə mikrofon kimi danışıla bilən müasir kameralar da qoymaq mümkündür. Biz nəzərdə tutmuşuq amma hələ ki, qoymamışıq. Sahəni xüsusilə məhsul yetişən dövrdə nəzarətdə saxlamaq məsləhətdir. - Damcı üsulu ilə suvarma sistemi çəkilib. Hər bir ağacın dibinə damcı üsulu ilə su gedir. - Ayrıca nasosxanası var. Motor benzinlə işləyir. Su quyusu var. əlavə kaçalka quyusu da var. - 3*6 metr ölçüdə vaqon ev vardır. (Hazırda təmirə ehtiyac vardır.) Kamera qoyduqdan sonra artıq heç kəs ziyan vura bilməyəcək. - Bağa baxmağı, qulluq etməyi ya tanıdığınız etibar edəcəyiniz birinə tapşırın ya da özünüz baxın. - Ayrıca tikili olan aziatskiy üslubunda ayaqyolusu vardır. - Bağ zərərvericilərə qarşı işləmələr və mövsümi aqrotexniki tədbirlər üçün rahat planlanıb. Lakin, qoz ağacının immuniteti çox güclüdür və yanında başqa fərqli növ xəstəliyə tez yoluxan ağaclar əkməsəniz qoz ağaclarına xəstəlik düşməyəcək. - 4 tərəfdə 1,5*2,0 ölçüdə xəndək qazılıb. (İri mal qara keçməməsi üçün). - 4 tərəfinə beton dirəklərlə setka və tikanlı məftil çəkilib, - Girişinə setka dəmir darvaza qoyulub. - Bağ meşəliyin kənarında yerləşir. Yayda belə sərin, mehli, çox təmiz havası olur. Xaçmazın başqa kəndlərindən və ya şəhərin mərkəzindən gələndə kəndin havasının daha sərin və daha təmiz olduğu, aurasının daha hüzurverici olduğu, meşənin sakitləşdirici səsinin olması, digər kəndlərdən fərqli olaraq yolboyunca yaşıllığın daha çox olduğu açıq görünür. - Qoz bağı üçün əsl əlverişli iqlimə malikdir. - Torpağı çox münbit, 1-ci dərəcəli keyfiyyətli torpaqdır. - Sizin yalnız otu vurdurmaq və ya özünüzün hazır texnika alıb vurmağınız işi qalır. Hazırda Çindən gətizdirilməsi mümkün olan pultla asanlıqla idarəedilə billəcək çox güclü otbiçən avadanlıqlar da almaq mümkündür. İstəsəniz onların əlaqə vasitələrin və digər məlumatlarını, texnika barədə məlumatları da verərik. Məhsulu isə 1 həftəyə meyvənin məhv olma qorxusu olmadan rahat rahat yığa bilərsiniz. Üstəlik qozun digər meyvələrdən 1 üstünlüyü də qozun yığılma mövsümünün isti, qızmar yay ayları deyil, sərin payız fəslinə düşməsidir. Tələsmədən rahat-rahat yığa bilərsinis. - Hazır biznesdir. Valideynlərim bu bağ üçün əməlli başlı zəhmət çəkib ərsəyə gətiriblər. Lakin, mən Bakıda yaşadığım və ailəlikcə xaricə köçməyə hazırlaşdığımız üçün, gələcəkdə gedib gələ bilməyəcəyimiz üçün bu bağı satmağa qərar vermişik. -Qozu istər qabıqlı, istər ləpə kimi qurudub və vakuum paketləyib satışa çıxarmaq mümkündür. Qeyd edim ki, dadı digər qozlardan daha dadlı, acılığı olmadan olduğu üçün, nazik qabıq, rahat təmizlənən olduğu üçün, qabığın çəkisi yox ləpə qozun çəkisi üstünlük təşkil etdiyi üçün müştərilər tərəfindən seçilir və alanlar bir daha almaq istəyir. - Əsas nüanslar qozun yaşıl qabığı ağacda çatladıqdan sonra yığmaq, yaşıl qabığından hazır avadanlıq vasitəsilə təmizləyib dərhal vaxtında qurutmaqdır. - Qoz bağının digər meyvə bağlarından üstünlüyü: 1 il ərzində satmaq şansınız var. Digər meyvələr kimi 1-2 gün ərzində xarab olmur. Dondurucuya əlavə pullar verib saxlatdırmağa ehtiyac olmadan öz ərazinizdə qurudub rahatlıqla 1 il saxlaya bilərsiniz. Tələsmədən, meyvənin çürümə qorxusu olmadan rahatlıqla saxlaya bilərsiniz. Qozun çox hissəsi elə təzə-təzə ikən qonşular tərəfindən elə alınır. 1-2 günə çürüyüb satmağa çatmadan məhv olan eyvə bağındansa 1 il stress keçirmədən sata biləcəyiniz qoz bağı daha məsləhətlidir. - Digər meyvələri məsələn gilası, şaftalını quşlar yediyi halda qozu heç bir quş, heyvan yemir. - Qoz ağacı digər meyvə ağaclarından fərqli olaraq xəstəliklərə çox davamlı, möhkəm ağac növüdür. - Üstəlik qabıqlı qozun təzə vaxtı 1 kq-ı 5 manatdan ucuz olmur. Bir müddət sonra isə bu chandler qozunun 1 kq-ı 10 manata satılır. - Şirniyyat bişirən yerlərə, restoranlara satışını təşkil edə bilərsiniz.
Zəng et
Bənzər elanlar