Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 984449
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə110 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ceyranbatanda 110 m², qanuni 5 otaqlı, EKSPERİMENTAL layihəli mənzil – MÜLKİYYƏTÇİDƏN
Ceyranbatan qəsəbəsinin mərkəzinə və məktəbə yaxın ərazidə, 5 mərtəbəli eksperimental layihəli daş binanın 5-ci mərtəbəsində yerləşən, təmirli, qanuni 5 otaqlı mənzil satılır.
Mənzil haqqında:
• Ümumi sahə: 110 m² (divarlar daxil)
• Çıxarışda göstərilən sahə: 91,9 m² (divarlar çıxılmaqla hesablanmış sahə)
• Otaqlar: 1 zal, 3 yataq otağı, 1 yemək otağı
• Bütün otaqlar ayrıdır, keçid otağı yoxdur.
• Yelçəkən (skvaznoy) mənzildir, pəncərələr hər iki tərəfə açılır.
• 2 daxili balkon, ayrı hamam və tualet mövcuddur.
• Çıxarış (kupça) var, 5 otaq qanunidir.
Əlavə üstünlüklər:
• Binanın üzərinə fronton tipli dam örtüyü vurulub, mənzildə nəmlik və su sızması yoxdur.
• Su, qaz, elektrik, kanalizasiya və kombi sistemi işlək vəziyyətdədir.
• Mənzil mebellərlə və 3 kondisionerlə birlikdə satılır. Soyuducu və televizor qiymətə daxil deyil.
• Son 6 ildə daimi yaşayış olmayıb, lakin evə mütəmadi nəzarət edilib.
Yerləşmə: Qəsəbənin mərkəzinə və məktəbə yaxın, Bakı–Sumqayıt magistral yoluna təxminən 400 metr məsafədədir.
Qiymət: 179 000 AZN. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Birbaşa mülkiyyətçidən satışdır. Maklerlər və vasitəçilər narahat etməsin! Yalnız real alıcılar əlaqə saxlasın.