Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 982059
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə133 m2
Otaq sayı3 otaq
KreditKreditsiz
TƏCİLİ SATILIR! BAKI İNŞAAT MTK-DA, DƏNİZ VƏ ŞƏHƏR MƏNZƏRƏLİ, VİP TƏMİRLİ 3 OTAQLI LÜKS MƏNZİL! "Bakı İnşaat" MTK-ya məxsus premium yaşayış kompleksinin 17 mərtəbəli binasının 7-ci mərtəbəsində ümumi sahəsi geniş və rahat planlamaya malik 3 otaqlı xüsusi zövqlə təmir olunmuş mənzil satışa çıxarıldı! Mənzil yüksək zövqlə və sırf keyfiyyətli, brend materiallardan istifadə olunaraq təmir edilmişdir. Bütün MTK tərəfindən qoyulan pəncərə və eyvan qapıları yenisi ilə əvəz olunmuşdur. Mənzilin 2 eyvanından həm dənizə, həm də şəhərə möhtəşəm panorama açılır. Təmir zamanı oboylar "Zambaiti Parati" və "Murella" brendlərindən seçilmiş, elektrik kabel sistemi "Armada"dan alınaraq "Gewiss" brendinə məxsus cərəyan yuvaları ilə vavien sistemlə çəkilmişdir. Kafel-metlax işləri "Çanakkale Seramik" məhsulları ilə görülüb, metlax olan bütün sahələr kollektor sistemli isti döşəmə ilə təchiz edilmişdir. Həmçinin ehtiyat su çəni quraşdırılıb. Döşəmə altı ikiqat laqala birgə 1.5-lik diktlə yığılmış, arası səs və istilik izolyasiyası olunmuşdur. Otaq qapıları, plintuslar və mətbəx mebeli təmiz əl işidir; mətbəx mebelinin üstü təmiz 4-lük Jtomer qranitidir. Sənədləri tam qaydasındadır. İnfrastruktur baxımından bütün vacib iaşə obyektləri addımlıqdadır. Qiymət: 355.000 AZN Real alıcıya mənzilə baxış zamanı qiymət danışılacaq! Ofis haqqı: 1%