Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 977725
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə86 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
KreditKreditsiz
Mənzil öz mənzilimdir, Xətai rayonu, Babək prospektində, Əhmədli metrosundan cəmi 4 dəqiqəlik məsafədə yerləşir. Babək prospektində yerləşən City Park Mall-a isə 10–15 dəqiqəyə çatmaq mümkündür. Mənzil əşyalı satılır. Təmirini özümüz etmişik, mənzildə az yaşayış olub və kifayət qədər səliqəli vəziyyətdədir. Döşəməsi parketdir. Mənzil 3 otağa kiçik otaq əlavə edilməklə yenidən planlaşdırılıb. Hamam və tualet ayrıdır, istəyə uyğun olaraq tualetə əlavə duş da quraşdırmaq mümkündür. Mənzildə 1 balkon var.Bina bu ərazinin keyfiyyətli binalarından biridir. Geniş həyəti, uşaqlar üçün əyləncə sahələri, həyət daxilində mağazalar və 2 mərtəbəli yeraltı qarajı var. Binada keyfiyyətli Schindler liftləri quraşdırılıb, 24 saat təmizlik xidməti mövcuddur. Girişdə domofon var, bloklar isə çox səliqəli və təmiz saxlanılır. Binanın ətrafında uşaq bağçaları, məktəblər, dövlət və özəl xəstəxanalar yerləşir. Yerləşmə baxımından çox əlverişli ərazidədir. Mənzil özümüzə aid olduğu üçün təmirinə və səliqəsinə xüsusi diqqət yetirmişik.