Həzi aslanov gənclik parkının yaxınlığı
19.10.2026
Elan nömrəsi: 973751
yeniemlak.az Vasitəçi
58.000 AZN 1.634 AZN/m2 Satılır
Təmirli
Bakı. Xətai
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.10.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 973751
Haqqında məlumat
Obyektin növü Obyekt
Metro Həzi Aslanov
Sahə 35.5 m2
Mərtəbə 16 mərtəbə
Binanın mərtəbə sayı 1 mərtəbə
Otaq sayı 1 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Gənclik Parkının yaxınlığında, Həzi Aslanov metrosuna cəmi 7-8 dəqiqəlik piyada məsafədə yerləşən müasir 16 mərtəbəli və tam yaşayışlı yeni tikili kompleksin həyətində obyekt satışa çıxıb. Obyekt tam təmirlidir və müasir görünüşə malikdir. Təmir sonrası istifadə olunmayıb və yeni sahibini gözləyir. Kompleks tam yaşayışlı olduğu üçün obyektin müştəri potensialı çox yüksəkdir və əlverişli və perspektivli yerləşməyə malikdir. Binada 24 saat mühafizə sistemi fəaliyyət göstərir və tam təhlükəsizdir. Ətrafda inkişaf etmiş infrastruktur və rahat nəqliyyat əlçatanlığı var. Belə əlverişli məkanda, yeni təmirli və istifadəyə hazır obyekt həm öz biznesiniz üçün ideal seçimdir, həm də gəlir gətirən investisiya fürsətidir. Əlavə olaraq bu obyekt QADIN SALONU üçün ideal məkandır. 16 mərtəbəli tam yaşayışlı kompleksin həyətində yerləşdiyi üçün gündəlik qadın müştəri axını var, həm də Gənclik Parkına və Həzi Aslanov metrosuna yaxın olduğu üçün kənardan gələn müştəri üçün də tapılması çox rahatdır. Tam təmirli və təmir sonrası istifadə olunmadığı üçün bura gözəllik salonu, dırnaq studiyası, lazer epilyasiya mərkəzi, saç salonu, kiprik ustası və ya kosmetoloji mərkəz kimi birbaşa istifadəyə hazırdır, əlavə təmirə ehtiyac olmadan avadanlıqları yerləşdirib işə başlamaq olar. Kompleksdə yaşayan xanımlar üçün ən yaxın və əlçatan gözəllik məkanı olacaq və daimi müştəri bazası qazanmaq üçün çox perspektivli yerdir. Əlavə məlumat və baxış üçün bizimlə əlaqə saxlayın.
Zəng et
Bənzər elanlar