Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 973406
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroƏhmədli
Sahə60 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mənzil əlverişli planlaşdırmaya və rahat yerləşməyə malikdir. Sənədi kupçadır (çıxarış). İpoteka üçün yararlıdır. Zərifə Əliyeva baxçanın yanı.
📍 Əhmədli metro stansiyasına piyada cəmi piyada 5 dəqiqəlik məsafədə yerləşir.
Əhmədli qəsəbəsində, Nerapol küçəsi, Kiyev layihəli, qanuni 2 otaqlı, + əlavə genish mətbəxt sudidio düzəldilmiş, yaxşı təmirli mənzil satılır.
Mənzil yeni, keyfiyyətli və bahalı tikinti materiallarından istifadə olunmaqla təmir edilib. Mənzil yelçəkəndir. Binanın dam hissəsi tam şəkildə restavrasiya olunub, nəm və su sızması problemi qətiyyən yoxdur.
Döşəmənin laminatı taxta diklərin üzərində quraşdırıldığı üçün daha möhkəm və rahatdır.
Mənzilin bütün radiatorları yeni quraşdırılıb. Qaz, su və işıq daimidir.
Binanın ətrafında uşaq bağçası, məktəblər, marketlər, avtomobillər üçün parkinq və istirahət üçün söhbətgahlar mövcuddur. Binanın ön və arxa hissəsi yaşıllıqla əhatə olunub.
Mərkəzi istilik sistemi birbaşa mənzilə çəkilib. Mətbəx mebeli yeni quraşdırılıb və Ukrayna laminatından hazırlanıb.
Əlavə olaraq, mərtəbədə mənzilə məxsus kladovka (saxlama otağı) mövcuddur. Binanın damında 1 tonluq ehtiyat su çəni quraşdırılıb.
Bina səliqəli və sakit binadır, yaxın zamanda əsaslı təmirdən çıxıb. Bina və blok 24 saat videomüşahidə sistemi ilə qorunur.
Mənzildə bəzi əşyalar qalacaq.
Yaxınlıqda Heydər Əliyev Parkı, uşaq bağçaları, məktəblər, 24 saat fəaliyyət göstərən marketlər və digər zəruri infrastruktur obyektləri yerləşir.
Ofis xidmət haqqı 1%!