Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 972383
Haqqında məlumat
Sahə600 m2
Torpaq sahəsi21 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Görədil qəsəbəsinin bağ massivində, ən prestijli və dəyərli ərazilərdən birində dəniz mənzərəli bağ evi və torpaq sahəsi satılır. Əmlak bir hasarın daxilində yerləşən 2 ayrı çıxarışlı sahədən ibarətdir. Ümumi torpaq sahəsi 21,5 sotdur. Ərazidə müxtəlif dekorativ və meyvə ağacları, o cümlədən nar, tut, əncir və digər ağaclar mövcuddur. Həyətdə həmçinin 4 ədəd hündür Vaşinqton palması yerləşir. Əsas tikilinin təsdiqlənmiş layihəsi var. Bina 520 kv.m sahəyə malikdir və monolit konstruksiya ilə, xüsusi dizayn əsasında inşa olunub. Tavanların hündürlüyü 5 metrdir. Hasar hər iki tərəfdən keyfiyyətli gülbax və qranit materiallarla üzlənib. Həyətdə əlavə olaraq 90 kv.m sahəsi olan 2 otaqlı ayrıca ev də mövcuddur. Bütün kommunal xidmətlər təmin olunub. Dənizə piyada təxminən 20–30 dəqiqəlik məsafə var. Əraziyə şəhərin müxtəlif metrostansiyalarından müntəzəm avtobuslar və müasir elektrik qatarı ilə rahat gediş-gəliş imkanı mövcuddur. Barter mümkündür. Euro 6 standartına uyğun TIR avtomobili ilə barter təkliflərinə baxılır. Əlaqə yalnız WhatsApp vasitəsilə saxlanılsın.