Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 970734
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə2500 m2
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
BUZOVNA | MUSA NAĞIYEV KÜÇƏSİ | 15 SOT | 250 M² EV Buzovnanın ən prestijli və seçilən yaşayış məhəllələrindən birində, Musa Nağıyev küçəsi, 7-ci dalanda, 15 sot torpaq sahəsinin daxilində yerləşən, şəxsi istifadə üçün inşa edilmiş 2 mərtəbəli ev satışa təqdim olunur. TORPAĞIN QİYMƏTİNƏ EV HƏDİYYƏ Əmlakın satış qiyməti 480.000 AZN təşkil edir. 15 sot torpaq sahəsinin hər sotu 32.000 AZN hesablanır. Əsas üstünlük isə budur: təxminən 250 m² sahəsi olan 2 mərtəbəli ev torpağın qiymətinə hədiyyə verilir. Torpaq sahəsi çıxarışlıdır (kupça). Ev şəxsi yaşayış üçün inşa edilib. Monolit beton konstruksiyada tikilib, arakəsmələr də monolit betonla işlənib. Tikintidə möhkəmlik və keyfiyyət əsas götürülüb. EVİN PLANLAŞDIRILMASI 1-ci mərtəbə - Geniş koridor - 1 qonaq otağı - 1 yataq otağı - 1 mətbəx - 1 sanuzel 2-ci mərtəbə - Geniş koridor - 5 yataq otağı - 1 sanuzel Həyətdə - 1 sanuzel - Şirin su quyusu Ümumilikdə ev 7 otaq, 1 mətbəx və 3 sanuzeldən ibarətdir. Evin əsas tikinti və kommunikasiya işləri tamamlanıb. Qaz, su, işıq, internet və kombi sistemi mövcuddur. Ev hazırda yaşayışlıdır. Yalnız interyerdə bəzi tamamlama işləri qalır. Bu da yeni sahibinə interyeri öz zövqünə və seçdiyi dizayn konseptinə uyğun tamamlamaq imkanı verir. HƏYƏTYANI SAHƏ 15 sot geniş həyətində 50-dən çox meyvə, bağ və dekorativ ağac mövcuddur. Həyətdəki yaşıllıq və genişlik əmlakın əsas üstünlüklərindən biridir. Küçəsi asfalt, ətrafı formalaşmış və yüksək səviyyəli fərdi yaşayış evlərindən ibarət prestijli məhəllədir. SATIŞ ŞƏRTLƏRİ 480.000 AZN 15 sot çıxarışlı torpaq + təxminən 250 m² 2 mərtəbəli ev EV TORPAĞIN QİYMƏTİNƏ HƏDİYYƏ VERİLİR. Real alıcı ilə ciddi endirim mümkündür. Vasitəçilik xidməti: 1% Musa Nağıyev küçəsi, 7-ci dalan — Buzovna