Bakı / Nizami / 8-ci kilometr / Köhnə tikili
17.10.2026
Elan nömrəsi: 965145
tap.az Vasitəçi
255.000 AZN 2.318 AZN/m2 Satılır
Bakı. Nizami 8-ci kilometr Bakı
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.10.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 965145
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Köhnə tikili
Sahə 110 m2
Otaq sayı 4 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Təcili olaraq şəxsi istifadə üçün yüksək keyfiyyətlə təmir edilmiş 4 otaqlı mənzil satışa çıxarılır. Mənzil eksperimental layihəli 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 110 m²-dir. Ev skvaznoydur, bu səbəbdən həm yay aylarında sərin, həm də qış aylarında isti olur. Mənzilin yan divarı tam izolyasiya edilib, rütubət problemi yoxdur. Mənzil şəxsi yaşayış üçün təmir olunduğundan istifadə olunan materiallar keyfiyyətlidir və ev səliqəli vəziyyətdə saxlanılıb. Otaqlar geniş və işıqlıdır. Mənzərəsi Bakıxanov meşəsinə, Sahib Əz-Zaman məscidinə və həyətə açılır. Bina 1994-cü ildə tikilib. Mənzilin çıxarışı (kupça) və texniki pasportu mövcuddur. İpotekaya tam yararlıdır. Ərazi infrastruktur baxımından çox əlverişlidir. Mənzil Nazlı Şadlıq Sarayı, Podium Mall, Məlhəm Hospital və 8-ci km bazarının yaxınlığında yerləşir. Ətrafda Bravo, Araz, AL Market və Bazarstore supermarketləri fəaliyyət göstərir. Yaxınlıqda 250 və 251 nömrəli məktəblər, İnci uşaq bağçası və Dojo İdman Akademiyası mövcuddur. Binanın yanında avtobus dayanacaqları yerləşir. 30 və 32 nömrəli avtobuslarla Xalqlar Dostluğu və Neftçilər metro stansiyalarına təxminən 5 dəqiqəyə çatmaq mümkündür. Binanın həyəti geniş və təhlükəsizdir. Giriş şəxsi pultla idarə olunan şlaqbaum vasitəsilə həyata keçirilir. Mehriban və sakit qonşular yaşayır. Lift daim işlək vəziyyətdədir. Ailəvi yaşayış üçün komfortlu, rahat yerləşimə malik və bütün vacib infrastrukturlara yaxın mənzildir. Real alıcı ilə danışıq zamanı cüzi endirim nəzərdə tutulur. Mənzilin sahibiyəm. Vasitəçilərdən xahiş olunur ki, evin şəkillərini icazəsiz paylaşmasınlar.
Zəng et
Bənzər elanlar