Satılır 5 otaqlı həyət evi/bağ evi 137 m²
16.10.2026
Elan nömrəsi: 963556
bina.az Mülkiyyətçi
120.000 AZN 876 AZN/m2 Satılır
Təmirli
Şəki. Küdürlü kəndi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.10.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 963556
Haqqında məlumat
Sahə 137 m2
Otaq sayı 5 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Şəki, Küdürlü kəndində ev və torpaq satılır. Küdürlü kəndi Şəki şəhərindən cənubda 1saylı Çələbixan qəsəbəsi istiqamətində, şəhərdən təxminən 10 km məsafədə, yolun sağ tərəfində yerləşir. Eyni zamanda Kənd Şəki Dəmiryol vağzalına 1 km məsəfədə yerləşir. Ev Kənd məktəbinə 150m kənddən axan Əyri çaya isə 50 m məsafədə yerləşir. Kəndin yolu asvalt deyil, ancaq şeben töküldüyü üçün yollar səliqəli vəziyyətdədir. Ev iki hissədən ibarətdir: Kürsülü Ev ve Yer evi. Evin təmiri təzədir. Ev 3 yataq otağı, 2 oturma otağı + mətbəx və seyvandan ibarətdir. Yer evinin içində hamam-tuvalet var, həyətdə də ayrıca tuvalet var. Mətbəxdə və hamam-tuvaletdə isti soyuq su daimidir. Daimi işıq və internet var, həyətə içməli su gəlir Kəndə qaz hələ çəkilməyib. İsitmə(elektrik vəya odun sobası ilə) 1 ci Yataq otağı 17kvm, 2 ci Yataq otağı 8,50kvm, 3 cü Yataq otağı 17,20kvm, 1 ci Oturma otağı 20,80kvm, 2 ci Oturma otağı 25,37kvm, Seyvan 28kvm, Mətbəx 15,22kvm, Hamamtuvalet 4,72kvm. (Toplam 137kvm) Təsərrüfat tikililəri 3 böyük və 1kiçik naves var. İkisi təsərrüfat navesi kimi istifadə olunur. Digər ikisi evin ön və yan hissəsini əhatə edir(sahələri 56 və 36 kvm) Tövlə var, kiçik və çardaqsızdır. Torpaq sahəsi Evin ön hissəsində 4 sot, arxa hissəsində isə 5 sot həyəti var. Həyətə bitişik 50 sot bağı var. Evdən 300 m aralıda 22 sot ayrıca bağı var. Evdən 1.5 km aralıda 1 hektar Şəki- Çələbixan magistral yolunun kənarında əkin sahəsi var.(Ümumi torpaq sahəsi 181 sotdur) Su təminatı Həyətə içməli su gəlir. Arx suyu isə arxlar təmizləndikdə daimi gəlir. Arxlar təmizlənmədikdə isə suvarma suyu matorla Əyri çaydan çəkilir. Üstünlükləri Şəhərə yaxındır. Şəki Qatar vağzalına yaxındır, kəndin içindən çay axmaqdadır. Heyvandarlıq üçün yaxşı şərait var, kəndin qarşısında otlaq kimi istifadə edilən Daşüz sıra dağları yerləşməktədir. Ev və torpağın sənədi (Kupçası) var.
Zəng et
Bənzər elanlar