Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 952694
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metroİnşaatçılar
Sahə142 m2
Mərtəbə18 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yasamal rayonunun ən rahat, ən tanınan ünvanlarından birində, Abdulvahab Salamzadə küçəsində, hamının yaxşı tanıdığı Qələbə Dairəsinin və Yasamal Rayon Polis İdarəsinin yaxınlığında yerləşən yeni binadan sizə əla təklifimiz var. Bu binanın 18 mərtəbəli binasının 16-cı mərtəbəsində, 142 kvadratmetrlik geniş, 3 otaqlı bir mənzil əşyaları ilə birlikdə satışa çıxıb. Bura sadəcə ev deyil, köçüb birbaşa yaşaya biləcəyin hazır bir ailə ocağıdır. Mənzilə daxil olan kimi ilk hiss etdiyin şey genişlik olur. 142 kvadrat öz sözünü deyir. Hər otağın öz yeri, öz işığı var. Mənzildə ümumi sanitar qovşağı slavyan əl işi ilə yığılıb, bundan əlavə yataq otaqlarının birində ayrıca sanitar qovşağı və böyük qarderob bloku var. Yəni səhər tələskənliyi olmayacaq, hər kəsin öz rahat guşəsi var. Mənzil çox səliqəli, zövqlə yığılıb və qapı önünə kimi hər şey düşünülüb. Ən əsası isə binanın həyəti genişdir, uşaqlar üçün oynamağa yeri var, maşın üçün parklanma problemi yoxdur. Ətrafda bütün infrastruktur hazırdır - məktəb, bağça, market, Qələbə dairəsinə birbaşa çıxış. Bu mənzil 375.000 AZN-ə start qiymətə əşyaları ilə birlikdə satılır. Yəni əlavə xərc çəkmədən, təmirə pul tökmədən birbaşa köçüb yaşayacaqsan. Belə mərkəzdə, belə kvadratda, belə hazır ev çox qalmır. Ətraflı məlumat və mənzilə baxış üçün bizimlə əlaqə saxlayın