Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 949223
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə250 m2
Otaq sayı8 otaq
KreditKreditsiz
Ev Yeni Ramana 16 saylı cəzaçəkmə müəssisəsinin arxa tərəfində yerləşir. Ərazi olaraq Suraxanı rayonu Bülbülə qəsəbəsi sayılır. Aeroport yolunun üstündə üzü aeroporta gedende 2-3-cü keçidlərin arasında yerləşir. Küçə adı da 9-cu bülbülə küçəsidir. Evdən dayanacağa qədər olan məsafə maksimum 200 metrdir. Ev şəxsi qoşadaş tikilidir. Əksər işləri görülüb. Şəkillərdə görünən yerlər ikinci mərtəbədir. Birinci mərtəbə təmirsizdir. Hər mərtəbə 125kv-dır. Yuxarıda 3 yataq otağı(bunların 1-ində əlavə ayaqyolu və hamamı var) salon mətbəx və sanitar qovşaq var. Ümumi 3sotda tikilib. Evin arxa və yan tərəflərdən 1metr məsafəsi var. Həyətdə əlavə olaraq hamam-tualet var. Birinci mərtəbədə 2 maşınlıq geniş qarajı var( şəkildə də görünür). Həyətin daxilində əlavə olaraq obyekt üçün nəzərdə tutulmuş(4.5×8) tikili var. Qiyməti su basan yerlərlə müqayisə etməyin zəhmət olmasa. Bələdiyyədən eksiz almışam. Sənəd almaq rahatdı. Su işiq kanalizasiya internet var(kombi xətləri çəkilib). Qaz yoxdur hələki. Danışılan qiymətə qazı da çəkdirib təhvil verəcəm. Başı çıxan bilir ki bu ərəzi də sənədsiz olsa belə torpağın minimal qiyməti 12-15min arasıdır. Qiymət də ekskuliziv endirim olmayacaq. Allah alana da satana da xeyir versin.