Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 948110
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə110 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı5 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
SATILIR – HÜSEYN CAVİD PROSPEKTİNDƏ GENİŞ 4+1 STALİNKA
Yasamal rayonunda, Hüseyn Cavid prospektində, , 5 mərtəbəli stalinka binanın 2-ci mərtəbəsində geniş mənzil satılır.
Mənzil haqqında:
* Ümumi faktiki sahə: 108 m²
* Yaşayış sahəsi: 75 m²
* Otaq sayı: 4+1
* Mərtəbə: 2/5
* Tavan hündürlüyü: 3 metr
* Kupça var
* Mənzil birbaşa sahibindən satılır
* Mənzildə qeydiyyatda heç kim yoxdur
* Təmir tələb olunur
Mənzilin qalın divarları yaxşı səs izolyasiyası və istilik saxlama xüsusiyyəti təmin edir. Pəncərələr həm prospektə, həm də sakit və yaşıllıqla əhatə olunmuş həyətə açılır.
İki otaq bir-biri ilə əlaqəlidir (master otaq), bir otaq keçidli, digər otaqlar isə ayrıdır. İki otaqda divar boyu quraşdırılmış böyük şkaflar mövcuddur. Ayrı kladovka, çox geniş mətbəx, ayrı sanitar qovşağı və duş otağı var.
Mənzildə palıd parket, mərkəzi istilik sistemi və kondisionerlər mövcuddur. Su, qaz və elektrik 24 saat təmin olunur.
Bina və həyət:
* Geniş, qapalı həyət
* Şlaqbaum sistemi
* Yaşıllıq və çoxillik ağaclar
* Uşaq meydançaları
* İstirahət üçün besedkalar
* Həyətin daxilində dövlət uşaq bağçası
Yerləşmə:
Hüseyn Cavid prospekti Bakının əlverişli və yaşıllıqla zəngin ərazilərindən biridir. “Elmlər Akademiyası” metrosuna yaxın məsafədə yerləşir. Binanın qarşısında avtobus dayanacağı var.
Yaxınlıqda:
* BDU
* ATU
* 20 nömrəli məktəb
* 16 nömrəli musiqi məktəbi
* “Araz” supermarket
* müxtəlif marketlər, banklar, klinikalar və kafelər
* Hüseyn Cavid parkı
* Musabəyov parkı
* Şəhidlər Xiyabanı və Dağüstü park
* Botanika bağı
Tarixi stalinka binası, geniş həyət, yüksək tavan və əlverişli lokasiya bu mənzili həm yaşayış, həm də investisiya üçün diqqətəlayiq edir.
Əlavə məlumat və baxış üçün əlaqə saxlayın.