Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 944955
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə70 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı7 mərtəbə
Otaq sayı3 otaq
SənədDigər
KreditKreditsiz
Mənzil 70 m² sahəyə malikdir, funksional planlaşdırılıb və təmirdə keyfiyyətli materiallardan istifadə olunub. Mənzil işıqlı, rahat və gözəl dəniz mənzərəlidir. Qaz, su və işıq daimidir. Tam əşyalı satılır.
Mətbəx studio tipindədir. Studio olduğu üçün evin içindən qaz turbası getməməsi üçün elektrikli (çox funksiyalı) plitə quraşdırılıb. Mətbəx mebelləri tavana qədər yığılıb, mebelin daxilində quraşdırılmış qabyuyan və quraşdırılan aspirator mövcuddur. Koridorda yerləşən dolabın içərisində isə paltaryuyan maşın quraşdırılıb. Yataq otağıda qarderob olduğu üçün əlavə mebelə ehtiyyac yoxdur.
Mənzildə isti döşəmə və 28 kW kombi sistemi mövcuddur.
Santexnika xətlərində KAS borulardan, kranlarda ECA, sanitar qovşağında isə keyfiyyətli GROHE avadanlıqlarından istifadə olunub.
Binanın ətrafında 257 saylı məktəb, 194 saylı uşaq bağçası, təxminən 5 dəqiqəlik məsafədə Gənclik Parkı və gündəlik yaşayış üçün lazım olan digər infrastrukturlar mövcuddur. Binada lift və kamera var. Hələki çıxarış yoxdur.
Mənzil əlavə xərc tələb etmir və birbaşa köçüb yaşamaq üçün hazır vəziyyətdədir. Əgər kirayə verilərsə 1 il özüm qalacam.