Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.10.2026
Baxışların sayı: 0Elan nömrəsi: 942870
Haqqında məlumat
Sahə4 m2
Torpaq sahəsi10 sot
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Saray qəsəbəsində, düz yolun kənarında həm ev, həm də Hamının “Gəncə Təndiri” kimi tanıdığı obyekt satışa təqdim olunur. Ümumi sahəsi 10 sot olan ərazidə 400 kv.m yaşayış evi və 100 kv.m obyekt yerləşir. Obyekt hazırda 700 AZN-ə icarədədir və gələcəkdə icarə qiymətinin artırılması ilə bağlı danışıq olub. Ev 6 otaqdan, geniş mətbəxdən və rahat planlamadan ibarətdir. Bəzi əşyalar evdə qalır. Tikili qoşa daşla inşa olunub, mərtəbələrarası və döşəmə hissəsi monolit betondur, arakəsmələr daşla hörülüb. Sənədləri tam qaydasındadır: layihə, istismara yararlılıq sənədi, icra hakimiyyətinin sərəncamı və digər sənədlər mövcuddur. Ərazi düz yolun üstündə yerləşdiyi üçün podobyekt üçün də çox əlverişlidir. Bu ərazidə torpağın sotunun qiyməti 30.000 AZN-dən başlayır. Həyətində tut, üzüm, əncir, mandarin, nar, alça, vişnə və gilas ağacları var. Həm yaşayış, həm də gəlir gətirən investisiya üçün ideal təklifdir.