Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 941755
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə108 m2
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Salam. Ailəvi olaraq yaşayış yerimizi dəyişdiyim üçün bu evi satışa çıxarıram. Evdə yaşayış olmayıb və hər bir detalına diqqət yetirilərək tam keyfiyyətlə şəxsi tikilim olaraq inşa edilib. Alverçi deyiləm. Axtardığınız, rahatlıqla yaşayacağınız o ideal ev məhz budur. Ev Qobu qəsəbəsində, kərpic zavodun yaxınlığında, əsas yoldan cəmi 200 metr içəridə, sakit və rahat məhəllədə yerləşir. Evə gedən yol tamamilə asvaltdır, heç bir problem yoxdur. Meyilli ərazidə yerləşdiyinə görə qətiyyən yağış olanda su dolan evlərdən deyil. Ümumi 4 sot torpaq sahəsində tikilib. Evin təməlində və tikintisində keyfiyyətli betondan kəmər atılıb, 5 daş kürsülüdür, kənarları qoşa kubik, içəri hissəsi isə tək kubiklə hörülüb. Tikinti zamanı heç bir materialdan qənaət olunmayıb, hər şey ən yüksək keyfiyyətlə edilib. Üstəlik, Yasamala maşınla probkasız cəmi 20 dəqiqəlik yolun üzərində yerləşir. Qaz, su, işıq daimidir və xətlər çəkilib. Sənədləri tam qaydasındadır, torpağın çıxarışı (kupçası) və evin tikintiyə icazə sənədi mövcuddur. Ciddi şəxslər əlaqə saxlaya bilər, evə baxdıqdan sonra qiymətdə real alıcı ilə razılaşmaq olar.