Bakı / Yasamal / Yasamal qəs. / Yeni tikili
14.09.2026
Elan nömrəsi: 939076
bina.az Vasitəçi
375.000 AZN 3.505 AZN/m2 Satılır
Bakı. Yasamal Həsənbəy Zərdabi pr. 92A, ASP MTK
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(055) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.09.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 939076
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 107 m2
Mərtəbə 18 mərtəbə
Binanın mərtəbə sayı 19 mərtəbə
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92A ünvanında, ASP MTK yaşayış kompleksində yerləşən, ümumi sahəsi 107 m² olan geniş və işıqlı 3 otaqlı mənzil satılır. Mənzil zövqlü klassik üslubda təmir olunub, mebel dəstləri ilə təmin edilib. Hər üç otaqdan çıxışı olan uzun, açıq balkonu mövcuddur. Düzgün planlaması, rahat saxlama yerləri və gün ərzində bol təbii işıq alması mənzili ailə üçün xüsusilə əlverişli edir. Mənzilin xüsusiyyətləri: Geniş mətbəx: L formalı dolab sistemi, qaz plitəsi, aspirator, paslanmayan poladdan dairəvi moyka, iri ik_qapılı soyuducu, şüşə yemək masası və 4 yumşaq oturacaqlı stul. Düyübişirən, multipişirici, blender və digər mətbəx avadanlıqları mövcuddur. Qonaq otağı: klassik üslublu divan və kreslolar, dekorativ yastıqlar, geniş jurnal masası, 6 nəfərlik yemək masası və stullar, konsol-bufet, çilçıraq və spot işıqlandırma. Yataq otağı: iri iki nəfərlik çarpayı, iki tumba, komod, oturacaq skamyası, pərdə və lambreken dəsti, interyerə uyğun dekorativ işıqlar. Dəhliz və antre: geniş planlama, böyük güzgülü kupe şkaf, dekorativ panellər, puf, spot və asma işıqlandırma. Uzun açıq balkon: hər üç otaqdan birbaşa çıxış. Kombi istilik sistemi. Parket döşəmə, metlax olan sahələrdə isti döşəmə sistemi. Əşyaların saxlanması üçün ayrıca bağlı şkaf və çoxsaylı saxlama yerləri. Daimi su təminatı və əlavə olaraq hamam otağında 200 litrlik su çəni. Bina və yerləşmə: Blokda eyni vaxtda xidmət göstərən 2 sərnişin və 2 yük lifti. Geniş daxili həyət və 24 saat mühafizə xidməti. Həyətdə market, gözəllik studiyaları, coffee & cake house və digər iaşə obyektləri. 20 Yanvar metrosuna təxminən 5 dəqiqəlik piyada məsafə. Binanın ətrafında müxtəlif istiqamətlərə gedən avtobus dayanacaqları. Sakit və mədəni qonşuluq. Mənzil fotolarda göründüyü kimi əşyalı və yaşayışa hazır vəziyyətdə təqdim olunur. Rahat planlaması, əlverişli yerləşməsi və sakit atmosferi sayəsində ailənin komfortlu yaşaması üçün uğurlu seçimdir. Burada həm gündəlik rahatlıq, həm də evinizdə axtardığınız dinclik bir aradadır. Alan insan rahat kirayə də vermək imkanı əldə edəcək.
Zəng et
Bənzər elanlar