Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
14.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 937886
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə95 m2
Mərtəbə16 mərtəbə
Binanın mərtəbə sayı20 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
XƏTAİ PARK YAŞAYIŞ KOMPLEKSİNDƏ DƏNİZ MƏNZƏRƏLİ MƏNZİL SATILIR! Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, Xətai Park yaşayış kompleksində 95,24 kv.m sahəsi olan mənzil 20 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Qanuni 2 otaqdır, lakin səliqəli və funksional şəkildə 3 otağa, mətbəx-studiya formatına düzəldilib. Mənzildə 2 yataq otağı, qonaq otağı, mətbəx-studiya və 2 balkon var. Hər iki balkondan və mənzilin demək olar ki, hər hissəsindən dəniz mənzərəsi açılır. Mənzil tam təmirlidir, yaşayış olmayıb, əşyalar təzədir və istifadə olunmayıb. Mətbəx mebeli tökmə mərmərdən hazırlanıb və mənzil əşyalarla birlikdə satılır. Qaz, su, işıq və internet daimidir. Binada 3 lift, mühafizə sistemi mövcuddur və bina çıxarışlıdır. Ətrafında orta məktəb, uşaq bağçası və böyük marketlər yerləşir. Həzi Aslanov metrosuna piyada 10 dəqiqəlik məsafədədir. Mənzil 4% hazır ipotekadadır. Qalıq borc 54.000 manat, aylıq ödəniş 687,40 manatdır (2035-ci ilədək). İpoteka şərtlərinə uyğun şəxslər üçün rəsmiləşdirilməsi mümkündür. Dəniz mənzərəsi, yüksək mərtəbə, yaşayış olmayan mənzil, yeni əşyalar və hazır ipoteka — hamısı bir mənzildə. Real alıcılar üçün baxış mümkündür.