Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
12.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 935018
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
MetroKoroğlu
Sahə270 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mərdəkan ərazisində, körpüdən düşəndə sağ tərəfdə yerləşən yeni tikili villa satılır. Torpaq sahəsi 6 sot, evin sahəsi 270 kv.m və 4 otaqdan ibarətdir.
Villanın ümumi elektrik və santexnik işləri görülüb. Qaz, su və işıq xətləri hazırdır. Həm evin daxilində, həm də həyətdə bütün santexnik və elektrik işləri tam şəkildə görülüb. Evin ümumi isti döşəmə sistemi çəkilib, domofon xətti atılıb. Şkatur və beton işləri tam hazır vəziyyətdədir.
Ev əsas tikinti işləri baxımından hazırdır. Yalnız alıcının kosmetik işləri görməsi qalır: kafel-metlax, ağartma və alçipan işləri.
Həyətdə 8x4 metr ölçüdə böyük, filtrli hovuz var. Hovuz sistemi tam hazırdır. Bundan əlavə, həyətdə 10 tonluq yeraltı su anbarı mövcuddur. Həyətdə 1 ədəd sanitar qovşaq və 1 ədəd kombi otağı tikilib.
Əlavə olaraq, həyətdə yay-qış mətbəxi tikilib, yalnız onun kosmetik işləri qalıb.
Ev yenidir. Torpaq çıxarışlıdır və tam sənədlidir. Ev üçün layihə BTE-yə təqdim olunub və 21 iş günü ərzində evə də çıxarışın alınması nəzərdə tutulur.