Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
09.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 927753
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə240 m2
Mərtəbə10 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Binada hər mərtəbədə 1 ailə yaşayır. Bu da o deməkdir ki hər mənzilin şəxsi dəhlizinə lift açılır. Ümümi olaraq 10 mərtəbəli binadır. Mənzil ən üst mərtəbədə yerləşməsinə baxmayaraq mansard mərtəbə olaraq nəzərdə TUTULMAMIŞDIR - standart mərtəbədir. Bütün mərtəbə bu mənzilə aiddir. Çıxarışda 232 kvm qeyd edilib, lakin sonradan əlavə olaraq mətbəx otağı da əlavə edilib. Bundan əlavə, bir balkon da vardır ki çıxarışda öz əksini tapmır hələki. Evin çölündə də karidor vardır. Bütün bunlar yeni çıxarış əldə ediləndə qeyd olunacaqdır. Mətbəx də əlavə olunduqda rəsmi çıxarışda ümumi olaraq haradasa 260-270 kvm əks olunacaqdır. Mənzilin həm təmiri, həm əşyaları göz qabağındadır. Özümüz üçün təmir edib yaşamışıq, hər şeyin ən keyfiyyətlisini istifadə etmişik. Hal-hazırda xaricə köçməyimizlə əlaqədar olaraq mənzili satmaq qərarına gəldik. Bazarlıq edib danışmaq olar əlbəttə. Dünya malıdır, inşALLAH ortaq məxrəcə gələrik. Bu qiymətə onsuz da bazarda belə təmirli, şəhərin belə yerləşməsində və bu ölçüdə mənzil nadir ələ düşür. Maklerlər zəng edə bilərlər, YALNIZ O HALDA Kİ məhz bu tip mənzil axtaran real müştəriləri vardırsa. ALLAH alıcıya da bizə də xeyir versin.