Satılır 6 otaqlı həyət evi/bağ evi 504 m², Türkan q.
08.09.2026
Elan nömrəsi: 921563
bina.az Mülkiyyətçi
1.200.000 AZN 2.381 AZN/m2 Satılır
Təmirli
Bakı. Xəzər Türkan Türkan qəsəbəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.09.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 921563
Haqqında məlumat
Sahə 504 m2
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Şərq memarlıq üslubunda inşa edilmiş, lüks təmirli və tam yeni 3 mərtəbəli bağ evidir. Evdə yaşayış olmayıb, bütün mebel və avadanlıqlar yenidir. 1-ci mərtəbədə geniş və funksional mətbəx, böyük salon və sanuzel yerləşir. 2-ci mərtəbədə 4 yataq otağı, 2 sanuzel və geniş xol mövcuddur. 3-cü mərtəbədə ayrıca mətbəx və açıq terras yerləşir. Terras hissəsi xüsusi zövqlə hazırlanıb — təndir, manqal, yay mətbəxi və 2 rahat söhbətgahı (besedka) var. İstirahət və ailəvi vaxt keçirmək üçün ideal şərait yaradılıb. Bağ geniş hovuzla təchiz olunub. Hovuz həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub və cakkuzisi mövcuddur. Həyətdə xidmətçi otağı, ayrıca sanuzel və müxtəlif meyvə ağacları var. Qaraj üstü bağlıdır və avtomatik qapı sistemi ilə təchiz olunub. Torpaq mülkiyyət sənədlidir. Həm torpağa, həm də tikiliyə çıxarışı (kupça) var. Çimərliyə piyada məsafə cəmi 3 dəqiqədir. Bakının cənub hissəsində yerləşdiyi üçün yay mövsümündə hava rütubətsiz və çox rahat olur. Nəmişlik sıfır dərəcəsindədir. Xüsusilə bronxial və tənəffüs həssaslığı olan insanlar üçün əlverişli hava şəraiti mövcuddur. Ev geniş ailələr üçün çox uyğundur — 3 ailə rahat şəkildə yerləşə bilər.
Zəng et
Bənzər elanlar