Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 916226
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
MetroNeftçilər
Sahə576 m2
Torpaq sahəsi7 sot
Otaq sayı10 otaq
SənədÇıxarışlı
KreditKreditlə
NİZAMİ RAYONUNDA 4 MƏRTƏBƏLİ LÜKS MÜSTƏQİL EV SATILIR
📍 Ünvan: Nizami rayonu, “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının arasında, hər iki metro stansiyasına piyada təxminən 5 dəqiqəlik məsafədə.
7 sot torpaq sahəsində yerləşən, 4 mərtəbəli, geniş və tam təmirli fərdi yaşayış evi satılır.
🏠 Evin ümumi sahəsi — 576 m²
Hər mərtəbə 12 × 12 metr — 144 m² təşkil edir.
Evin planlaşdırılması:
• 65 m² böyük zal
• 5 yataq otağı
• 2 mətbəx
• 4 sanitar qovşağı
• İdman zalı
• Qarderob
• 3 balkon
• Hər mərtəbədə geniş və rahat otaqlar
Təmir və istifadə olunan materiallar
Ev yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunmaqla tam təmir edilmişdir:
• Döşəmə — Kanada palıdından parket
• Pilləkənlər — İtaliya mərmərindən
• Hamam otaqları — bütün aksesuarlar CasaMia mağazasından alınmışdır
• Mebel — Ital Dizain mağazasından alınmışdır
• Mebel və interyer — İtaliyanın məşhur Arredo Classic brendi
• Mətbəx avadanlıqları — Smeg brendi
Evin təmirində materialların keyfiyyətinə və interyerə xüsusi diqqət yetirilmişdir.
📄 Sənədlər tam qaydasındadır:
Həm evin, həm də torpaq sahəsinin çıxarışı (kupçası) var.
🌳 Torpaq sahəsi — 7 sot.
💰 Hazırda bu ərazidə torpağın 1 sotunun qiyməti təxminən 100 000 AZN təşkil edir. Buna görə də yalnız torpaq sahəsinin özü belə əmlakın ümumi dəyərinin böyük hissəsini təşkil edir.
Ev real dəyərindən, sahəsinə, yerləşməsinə, təmirinə, istifadə olunan materiallara və mebelinə nisbətən xeyli aşağı qiymətə satılır.
⭐ Böyük ailə üçün, rahat və prestijli yaşayış üçün, həmçinin yüksək səviyyəli daşınmaz əmlaka investisiya etmək istəyənlər üçün ideal seçimdir.
Ev birbaşa sahibindən satılır.
❗ Vasitəçilər və maklerlər narahat etməsinlər.
📞 Ətraflı məlumat və evə baxış üçün əlaqə saxlaya bilərsiniz.