Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
200 m2
Torpaq sahəsi
8 sot
Otaq sayı
4 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
HƏM BİZNES, HƏM YAŞAYIŞ ÜÇÜN ƏLA FÜRSƏT
Əlverişli ərazidə yerləşən, 1-ci mərtəbəsi istehsal sexi, 2-ci mərtəbəsi isə yaşayış sahəsi kimi hazırlanmış tam təmirli obyekt bütün əşyaları ilə birlikdə satılır.
1-ci mərtəbə – istehsal sahəsi:
40 kv.m istehsal sexindən ibarətdir. Sex mürəbbə istehsalı üçün nəzərdə tutulub və 3 qaz peçi, moyka, paltaryuyan maşın, iş masaları və digər zəruri avadanlıqlarla təmin olunub. Sex hazır vəziyyətdədir və fəaliyyət göstərməyib.
Bundan əlavə, hamamla birlikdə 18 kv.m sahəsi olan yataq otağı, şkaf və kondisioner mövcuddur. Divarlar taxta ilə işlənib, döşəmə isə taxta üzərindən laminatla döşənib.
Obyekt bütün əşyaları ilə birlikdə satılır. Təmiz taxtadan hazırlanmış 2 yemək stolu, 12 stul, 2 kreslo və mətbəx mebeli qiymətə daxildir.
Qaz və işıq daimidir. Həyətdə su hovuzu, 15 tonluq və 3 tonluq su çənləri mövcuddur. Tikili nəzərə alınmadan həyətyanı sahə 6 sotdur.
2-ci mərtəbə – yaşayış sahəsi:
Geniş və rahat planlaşdırılıb. 96 kv.m böyük zal, 36 kv.m yataq otağı, 18 kv.m yemək otağı, 18 kv.m mühafizəçi otağı, hamam və 2 sanitar qovşaq mövcuddur. Yataq otağında 2 yataq və paltar şkafı, mühafizəçi otağında isə divan var.
Evin geniş balkonu və gözəl mənzərəsi var. Arxa tərəfi yaşıl bağlara açılır. Sakit və təmiz mühiti həm daimi yaşayış, həm də istirahət üçün əlverişlidir.
Yerləşmə baxımından çox əlverişlidir: Samur Gömrük Məntəqəsinə 16 km, Qusara 24 km, Qubaya 28 km, Xudata 6,4 km, Xaçmaza 23 km, Nabrana isə 16 km məsafədədir. Yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulan pullu yola cəmi 3 km məsafədədir və mərkəzi yolun üzərində yerləşir.
Ərazi meyvə və kənd təsərrüfatı məhsullarının münasib qiymətə əldə olunduğu bölgə olduğundan, obyekt mürəbbə, konserv, qida istehsalı və digər ailə biznesləri üçün də çox əlverişli seçimdir.
Sənədləri qaydasındadır. Yüksək səviyyədə, şəxsi istifadə üçün təmir və inşa edilib, satış məqsədilə tikilməyib.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Barter təkliflərinə də baxılır.
Həm hazır biznes obyekti, həm də geniş yaşayış evi axtaranlar üçün iki funksiyanı bir arada təqdim edən çox yaxşı variantdır.
Torpaq kupcalidir.