Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 913956
Haqqında məlumat
Sahə67 m2
Torpaq sahəsi1.4 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Zəhmət olmasa elanı diqqətlə oxuyub sonra yazın. Ev Maştağadadır. 2 otaqlı öz həyətinə maşın girən, öz darvazası və hər bir şəraiti olan evdir. Bütün komunal sayğaclar hətta internetinə qədər çəkilib. Həm torpağın həm evin çıxarışı (yəni kupçayası) var. Maklerlərin dilində desək paket kupçadır. Torpağın texpasportuna qədər var. Şəkildə görüdüyünüz ev əşyaları, mebeller, paltaryuyanına kimi qalacaqdır. Evin tikili sahəsi sənədlə 66,94 kvadratdır, yaşayış üçün sahəs 55 kvadrat metrdir. Təmirli evdir. Gir yaşadır. Bəzi mebellərin heç üstündən salafanı açılmayıb. Aspiratoruna qədər var. Başqa evim olduğu üçün alandan yaşamamışam. Kirayə verilməyib. Bir sözlə ev şəkildə göründüyü kimidir. İPOTEKAYA tam yararlıdır. Yalnız ciddi maraqlananlar zəhmət olmasa yazsın. Qeyd olunan nömrəyə zəng etsəniz açmasam what s app-a yazın zəhmət olmasa. Evi satmaqda tələsmirəm. Ona görə də böyük endirimlər gözləməyin. Simvolik olaraq real alıcı olsa endirim edərəm biraz. Evə ancaq həftənin altıncı və bazar günü baxa bilərsiniz 12-dən sonra. Həftə içi işimlə əlaqəli göstərə bilməyəcəm. VACİB QEYD: Heç bir maklerlə işləmirəm. Maklerlər ümumiyyətlə yazmasın. Özünə almaq istəyən müştəri adıyla da yazmasın. Prinsipial olaraq işləmirəm. Ən əsası dələduzluq məqsədi güdən istənilən fərd bu yöndə edəcəyi hər hansı bir qeyri-qanuni hərəkətə görə qanun qarşısında cavabdehlik daşıyır. Unutmayın!