5 otaqlı Yeni tikili, Nəsimi
06.09.2026
Elan nömrəsi: 911382
mulk.az Vasitəçi
1.500.000 AZN 6.073 AZN/m2 Kirayə
Bakı. Nəsimi Nesimi rayonu.Bakixanov Prospekti.Clock Tower
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.09.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 911382
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 247 m2
Mərtəbə 2 mərtəbə
Binanın mərtəbə sayı 14 mərtəbə
Otaq sayı 5 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Diqqət !! Bakı şəhərinin ən Prestijli komplekslərindən biri olan CLOCK TOWER-də 247 kv.m tam təmirli 5 otaqlı çıxarış sənədli mənzil satılır. Qanuni 5 otaqdır, düzəlmə deyil. Bakı Clock Tower( saat binası )- Bakıxanov prospektində türk və rus səfirliyinin yaxınında yerləşir, Premium layihədir. Kompleksin inşaasının və digər üstünlüklərinin yüksək səviyyəyə malik olduğun bilənlər-bilər, bu barədə mətndə qeyd etməyə ehtiyac görmədim, bilməyənlər də Baku Clock Tower-in səhifəsinə daxil olub məlumat toplaya bilərlər. Çıxarış sənədində də 247 kv.m qeyd olunub. Mənzilin ən üstün cəhətlərindən biri də budur ki - 2-ci mərtəbədə yerləşdiyi üçün eyvanın qarşısında təxminən 60-70 kv.m çərçivəyə alınmış sahə var, alıcı istərsə danışıqla onu da açıq terras və ya qapalı edib mənzilə qata bilər. Çünki həmin hissə yalnız bu mənzilə aid ola bilir, binada digər mənzillərin ona aidiyyatı yoxdur. Ümumilikdə - 3 sanitar qovşağı ( 1-i yataq otağında, 2-si dəhlizdə ), 2 eyvanı , mətbəxdə ayrıca camaşırxanası və mətbəxdən eyvana çıxışı, yataq otağında ayrıca qarderob otağı, geniş dəhlizi, mərkəzləşdirilmiş havalanma soyutma isitmə sistemi ( HVAC ) və isti döşəməsi var. Digər üstünlüklərindən biri də budur ki hər mərtəbədə 2 mənzildən artıq mənzil yoxdur. Mühafizə xidməti çox yüksək səviyyədədir, binaya sakinlərdən başqa ev sahibinin mühafizə ilə zəng əlaqəsi olmadan heç kəs buraxılmır. Qeyd : Əşyalı da satıla bilər, əşyasız da satıla bilər, danışıqdan asılıdır.
Zəng et
Bənzər elanlar