Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
06.09.2026
Baxışların sayı: 0Elan nömrəsi: 910902
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə90 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Açıqlamanı oxumadan zəng etməyin zəhmət olmasa, bir-birimizin vaxtına hörmət edək.
Mənzil haqqında:
Mənzil qanuni 3 otaq olub, ayri mətbəx və 2 geniş balkondan ibarətdir. Bununla yanaşı, mənzildə saxlanç (qladovka) otağı mövcuddur. Balkonlar genişdir, istəyə görə çox rahatlıqla 4 otaq etmək mümkündür.Məişət texnikası istisna olmaqla, digər bütün əşyalar qalacaq.Su, işıq daimidir və mərkəzi isitmə sistemi (binada qaz yoxdur,isitme otopleniyadir) mövcuddur. Mənzilin sənədi tam qaydasındadır və çıxarışdır(kupça). Onu da qeyd edim ki, mənzil yelçəkəndir və 5/16 mərtəbədə yerləşir. Mənzildən dənizə və şəhərə gözəl mənzərə açılır.
Bina haqqında:
Bina 1994-cu ildə eksperimental lahiyə əsasında tikilib. Bu lahiyə digər lahiyələr ilə müqayisədə daha genişdir və hər mərtəbədə 3 kolidor mövcuddur. Həm bina, həm də mərtəbə tam olaraq mühafizə kamerası ilə qorunur. Ümumilikdə isə kifayət qədər abad məhəllədir.
Bina infrastruktur cəhətdən əlverişli ərazidədir. Binanın arxasında bir neçə avtobus xətti keçir. Yaxınlıqda həm azərbaycan, həm də rus sektoru olmaqla 4 məktəb mövcuddur (263,24,48,98). Həmçinin bağça,poliklinika, restoran və böyük market şəbəkələri(Araz,megastore,Oba) yaxınlıqda yerləşir. Metrodan 1.3 km məsafə mövcüddur.
Əmlakçılar narahat etməsin