Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 905248
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə100 m2
Mərtəbə11 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
UNİON PARK-2 YAŞAYIŞ KOMPLEKSİNDƏ | 100 KV.M | 3 OTAQ | KUPÇA | YENİ TƏMİR | ŞƏXSİ İSTİFADƏ ÜÇÜN HAZIRLANIB
UNİON PARK-2 yaşayış kompleksində sahəsi 100 kv.m olan, şəxsi istifadə üçün müasir neoklassik üslubda yüksək keyfiyyətlə təmir edilmiş mənzil satışa təqdim olunur.
Mənzil 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Təmir yenicə tamamlanıb və təmirdən sonra mənzildə yaşayış olmayıb. Mənzil şəxsi istifadə üçün təmir edildiyindən təmir zamanı həm estetik görünüşə, həm də texniki detallara xüsusi diqqət yetirilib.
Mənzilin kupçası var. Qaz, su və işıq daimidir.
TƏMİR VƏ TEXNİKİ ÜSTÜNLÜKLƏR
Müasir neoklassik üslubda tam yeni təmir
Şəxsi yaşayış üçün xüsusi yanaşma ilə təmir olunub
Təmir yeni tamamlanıb, təmirdən sonra yaşayış olmayıb
Döşəmə ağlı, düyünsüz təbii palıd parketdir
2 sanitar qovşaq
Hər iki sanitar qovşaqda isti pol
Duş kabin
Havalandırma xətləri binanın texniki şərtlərinə uyğun qoşulub
Bütün kanalizasiya xətləri binanın texniki tələblərinə uyğun icra olunub
Bütün otaqlara təbii işıq düşür
Pəncərələr gün doğana baxır
Mənzilin içi qonşu mənzillər tərəfindən görünmür
KOMPLEKSİN ÜSTÜNLÜKLƏRİ
UNİON PARK-2 24/7 mühafizə olunan və baxımlı yaşayış kompleksi olaraq sakinlərinə komfortlu yaşayış mühiti təqdim edir.
24/7 mühafizə
Blok və liftlərin gündəlik təmizliyi
Zibilin xadimələr tərəfindən gündə 2 dəfə mənzilin qapısından götürülməsi
Yeraltı qaraj
Binanın ətrafında pulsuz parkinq yerləri
Həyətdə market
Uşaq oyun meydançası
Gözəllik salonları
Çay evi
Binanın 1-ci mərtəbəsində böyük pullu trenajor zalı
ƏRAZİ VƏ İNFRASTRUKTUR
Kompleksin ətrafında ailə həyatı üçün lazım olan bütün infrastruktur formalaşıb. Yaxınlıqda dövlət və özəl məktəblər, futbol akademiyası, dövlət və özəl uşaq bağçaları, marketlər və digər xidmət obyektləri yerləşir.
Binanın qarşısında ABAD və IDEA tərəfindən salınmış geniş park yerləşir. Parkda uşaq oyun meydançası, böyüklər üçün pulsuz trenajorlar, turniklər, futbol meydançası və istirahət üçün oturacaqlar mövcuddur.
LOKASİYANIN GƏLƏCƏK POTENSİALI
Binadan təxminən 50 metr məsafədə yeni metro stansiyasının, 500–600 metr məsafədə isə dəmir yolu stansiyasının tikilməsi planlaşdırılır. Bu amil ərazinin gələcək nəqliyyat əlçatanlığını və daşınmaz əmlak baxımından perspektivini artırır.
BU MƏNZİLİ FƏRQLƏNDİRƏN NƏDİR?
100 kv.m sahə, kupça, 2 otaqdan 3 otağa funksional planlama, 2 sanitar qovşaq, yeni tamamlanmış neoklassik təmir, təmirdən sonra yaşayışın olmaması, təbii palıd parket, gün doğana baxan pəncərələr və qonşulardan görünməyən daxili məkan mənzilin əsas üstünlükləridir.
Bu mənzil kirayə və ya satış məqsədilə standart şəkildə təmir edilmiş əmlak deyil. Şəxsi yaşayış üçün, uzunmüddətli və komfortlu istifadə nəzərə alınaraq təmir olunub.
Mənzilə baxış zamanı təmirin keyfiyyətini və texniki icranı yerində qiymətləndirmək mümkündür.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Qeyd: Ofis xidmət haqqı 1%-dir.