Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 904379
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Metro28 May
Sahə100 m2
Mərtəbə12 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı3 otaq
SənədDigər
KreditKreditsiz
ŞƏHƏRİN MƏRKƏZİNDƏ — 28 MAY METROSUNA 5 DƏQİQƏLİK MƏSAFƏDƏ, Delux şirkəti tərəfindən inşa edilmiş Service Palace yaşayış kompleksində, prestijli ərazidə 2 otaqdan 3 otağa düzəlmə 100 kvm lik avro təmirli mənzil satılır! Ünvan: 28 May metrosunun 2-ci çıxışı Ceyhun Hacibəyli küç., 14, Koala və Dədə Qorqud parklarının yaxınlığı Bina: 17 mərtəbəli yeni tikili Mərtəbə: 12-ci mərtəbəsində yerləşir,güngörən xoş auralı mənzildir.Qiymətdə razılaşma olacaqdır.
İstirahətiniz üçün geniş imkanlar təklif edən müasir memarlıq struktura malik nüfuzlu yaşayış kompleksində sizin rahatlığınız üçün bütün şərtlər təmin olunub.Servis Palace yaşayış kompleksi müştərilərinə sərfəli qiymətlərlə yüksək keyfiyyətli yaşam standartları vəd edir. Həmçinin, “Dədə Qorqud Parkı”-na 200 metr, “Gənclik” və “28 May” metrolarına isə 500 metr məsafəlik yerləşmə mövqeyi ilə rahat şəhər yaşayış zonası standartlarına tabe olur.
17 mərtəbəli, 5 binadan ibarət olan Servis Palace müasir şəhərsalmanın ən uğurlu tikinti layihələrindən biridir. Yüksək zövqlə işlənmiş və izolyasiya edilmiş neoklassik üslublu fasad binanın əzəmətli görünüşünü tamamlayır. 3.25 metr hündürlüklü 352 mənzildən ibarət kompleks sakinlərin rahatlığı üçün bütün detallarla təmin edilmiş, texnoloji tərəqqinin ən son yeniliklərindən olan yüksək sürətli İsveçrə brendi “Schindler” markasına məxsus liftlərlə təmin edilib. Blokların girişi, mərtəbələr arası dəhlizlər, pilləkənlər İtaliya və Hindistan istehsalı mərmər daşlarla tamamlanmışdır.
Premium səviyyəli yaşayış standartlarına uyğun olaraq kompleksin ərazisində ticarət mərkəzi, uşaq bağçası, kinoteatr, restoranlar, fitnes & spa mərkəzi, hipermarket, üzgüçülük mərkəzi mövcuddur. 350 yerlik 2 mərtəbəli yeraltı dayanacaq sizi parketmə problemlərindən tamamilə azad edəcək. Alman istehsalı olan yüksək keyfiyyətli pəncərələrinizdən Xəzər dənizinə açılan panorama zövqünüzü oxşayacaq. Təklif etdiyimiz kompleks yüksək ixtisaslı memar konstruktorlar tərəfindən layihələndirilmişdir.