Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 903548
Haqqında məlumat
Sahə133 m2
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Təcili satılır! Binə Atçılığın tam girişində, magistral yola yaxın və infrastruktur baxımından çox əlverişli ərazidə, 3.2 sot torpaq sahəsində inşa edilmiş şəxsi həyət evi satılır.
Evin ümumi sahəsi 133 m²-dir və 4 geniş otaqdan ibarətdir:
• Geniş və işıqlı zal
• Rahat mətbəx
• 3 yataq otağı
• 2 sanitar qovşaq (yataq otaqlarından birinin daxilində ayrıca sanitar qovşaq/master bedroom mövcuddur)
• Qarderob otağı
Tikinti keyfiyyəti:
• Ev tamamilə şəxsi istifadə üçün keyfiyyətli materiallarla tikilib. Fundamentindən tutmuş son mərhələsinə kimi bütün görülən işlərin video çəkilişləri var.
• Fundamentdən əlavə, evin üst qatına 2 dəfə monolit beton verilib.
• Arakəsmələr də daxil olmaqla bütöv kəmər atılıb. Çox dözümlü və keyfiyyətli tikilidir.
Həyəti və üstünlükləri:
• Evin dörd bir tərəfinə sərbəst keçid var.
• Həyətdə əlavə olaraq çöl sanuzeli, texniki otaq və 2 ədəd ehtiyyat su çəni mövcuddur.
• İşıq, qaz və su daimidir.
• Sənəd: Torpağın Kupçası (Çıxarışı) var.
Qiymət: 158 000 AZN
Qeyd: Şirkətin xidmət haqqı alıcı tərəfindən 1% təşkil edir.
Ətraflı məlumat almaq və evə yerində baxmaq üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.