Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 903349
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə86 m2
Mərtəbə16 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
SənədDigər
KreditKreditsiz
Şəhərin ən prestijli və rahat ərazilərindən birində — Heydər Əliyev Mərkəzi və Konqres Mərkəzinin tam yaxınlığında yerləşən təmirli mənzil uzunmüddətli kirayəyə təklif olunur. Mənzil yaşayış üçün tələb olunan bütün detallarla təmin edilib və köçmək üçün tam hazırdır. Geniş qonaq otağı, 2 yataq otağı və dəhlizdə yığılmış kompakt mətbəx (Mansard deyil, tam mərtəbədir). Qabyuyan, paltaryuyan maşın, 2 otaqda kondisioner, Smart TV və sürətli internet. Kombi sistemi quraşdırılıb. Qaz, su və işıq təminatı fasiləsizdir. Mənzil mebellə, o cümlədən zəruri qab-qacaq və digər xırda məişət avadanlıqları ilə tam təchiz olunub. Binada 2 ədəd işlək lift və əlavə ödənişlə istifadə edə biləcəyiniz yeraltı parkinq mövcuddur. Metroya piyada cəmi 5-6 dəqiqəlik məsafədədir. Gündəlik ehtiyaclarınız üçün hər şey addımbaşıdır — parklar, iri marketlər, kafe və restoranlar tam yaxınlıqdadır. Mənzil yalnız rəsmi müqavilə əsasında və uzunmüddətli kirayəşinlər üçün nəzərdə tutulub.