Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 903190
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
MetroƏhmədli
Sahə182 m2
Torpaq sahəsi1.5 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
🏡 ƏHMƏDLİ | DƏNİZ MƏNZƏRƏLİ | 182 M² | 1.5 SOT | 4 OTAQ | MÜASİR VİLLA TİPLİ HƏYƏT EVİ
Əhmədli metrosuna piyada məsafədə, geniş və sakit küçədə, yüksək səviyyəli fərdi yaşayış evlərinin yerləşdiyi prestijli məhəllədə müasir memarlıq üslubunda inşa edilmiş villa tipli həyət evi satışa təqdim olunur.
🏠 EV HAQQINDA
📐 1.5 sot torpaq sahəsi
📏 182 m² ümumi sahə
🛏️ 4 otaq
🚿 2 sanuzel
🌊 Dəniz mənzərəsi
🏡 2 mərtəbəli müasir villa tipli həyət evi
🌿 Yay mətbəxi üçün əsas kommunikasiya xətləri nəzərdə tutulub
1-Cİ MƏRTƏBƏ
Birinci mərtəbə geniş və funksional planlama əsasında hazırlanıb. Böyük vitraj pəncərələr məkanın təbii işıqla təmin olunmasına və daha geniş görünməsinə imkan verir.
▪️ Geniş yaşayış sahəsi
▪️ 1 sanuzel
▪️ Böyük vitraj pəncərələr
▪️ İsti döşəmə sistemi
▪️ Yüksək keyfiyyətli döşəmə örtüyü
▪️ Müasir interyer həllərinə uyğun divar və tavan dizaynı
▪️ Geniş və işıqlı məkan
2-Cİ MƏRTƏBƏ
İkinci mərtəbə əsasən ailənin rahat və komfortlu yaşayışı nəzərə alınmaqla planlaşdırılıb.
🛏️ 3 geniş yataq otağı
🚿 1 sanuzel
🌿 1 eyvan
🌊 Eyvandan və yuxarı mərtəbədən dəniz mənzərəsi
🔨 TƏMİR VƏ HAZIRLIQ VƏZİYYƏTİ
Təmir işləri yekunlaşmaq üzrədir.
Əsas işlərin böyük hissəsi tamamlanıb. Hazırda yalnız:
▪️ Həyət ərazisində tamet işləri
▪️ Fasad üzrə son tamamlama işləri
▪️ Aşağı mərtəbədə aboy işləri qalıb.
İşlər tamamlandıqdan sonra ev tam hazır vəziyyətdə yeni sahibinə təhvil veriləcək.
Evi indiki mərhələdə əldə edən alıcı isə bəzi son seçimləri öz zövqünə uyğun formalaşdırmaq imkanına sahib olacaq.
🌿 HƏYƏT VƏ YAY MƏTBƏXİ
Həyətdə gələcəkdə yay mətbəxinin yaradılması üçün işıq, qaz, su və kanalizasiya xətləri əvvəlcədən çəkilib.
Beləliklə, yeni sahib əlavə kommunikasiya işlərinə ehtiyac olmadan həyət hissəsini öz istəyinə uyğun şəkildə formalaşdıra bilər.
📜 SƏNƏDLƏŞMƏ
Əmlak üzrə çıxarışın (kupçanın) əldə edilməsi məqsədilə müvafiq qaydada müraciət təqdim olunub və dövlət rüsumu və digər əlaqəli xərclər ödənilib.
Çıxarışın alınması ilə bağlı ödənilmiş xərclər satış qiymətinə daxildir.
🛋️ QEYD
Elan qiymətinə evdəki mebel, məişət texnikası və digər əşyalar daxil deyil.
Mebel və məişət əşyaları ayrıca razılaşma əsasında, əlavə ödəniş qarşılığında təqdim oluna bilər.
Əgər axtardığınız sadəcə bir ev deyil, memarlığı ilə seçilən, rahat yaşayış üçün düşünülmüş və gələcəkdə də öz dəyərini qoruyacaq xüsusi bir mülkdürsə — bu evə yerində baxmağa dəyər.
📞 Ətraflı məlumat və yerində baxış üçün əlaqə saxlayın.