Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 902411
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə155 m2
Mərtəbə10 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı3 otaq
KreditKreditsiz
İLK DƏFƏ KİRAYƏ VERİLİR – 155 m², TAM ƏŞYALI, 3 OTAQ + KABİNET Kirayəyə 155 m² sahəsi olan, geniş, yeni təmirli və tam əşyalı mənzil təklif olunur. Mənzil 3 otaqdan və əlavə olaraq ayrıca kabinet/iş otağından ibarətdir. Əlavə olaraq, iş otağında kitabların və sənədlərin rahat yerləşdirilməsi üçün geniş və funksional kitab dolabı mövcuddur. Mənzilin digər hissələrində də saxlama üçün çoxsaylı rəfləri olan geniş dolablar var. Ev indiyədək heç vaxt kirayə verilməyib, ev sahibi özü yaşayıb. Mənzil və bütün əşyalar çox səliqəli və baxımlı vəziyyətdədir. Mənzil şəhərin əlverişli və rahat ərazilərindən birində yerləşir. Gənclik və 28 May metro stansiyalarına avtobusla təxminən 6–7 dəqiqəlik məsafədədir.Şəhər mərkəzinə birbaşa bir neçə avtobus marşrutu işləyir Şəhər mərkəzinə ictimai nəqliyyatla təxminən 10–15 dəqiqəyə çatmaq mümkündür. Zorge Park və Koala Park ətrafında yerləşir. Azərbaycan Tibb Universitetinə çox yaxındır. Ərazidə ictimai nəqliyyat imkanları genişdir və şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış mövcuddur. Ümumi sahə – 155 m² -3 otaq + ayrıca kabinet/iş otağı -2 balkon -2 hamam və 1 tualet -Yeni və tam təmirli -Tam əşyalı -Bütün otaqlarda və mətbəxdə kondisioner -Kombi istilik sistemi -İnternet xətti -Domofon -Geniş və tam təchizatlı mətbəx: Mətbəx xüsusilə genişdir - 7 metr uzunluğunda və 5 metr enindədir və tam təchiz olunub. Mətbəxdən birbaşa balkona çıxış mövcuddur və balkondan şəhərə gözəl mənzərə açılır. Mətbəx geniş və funksionaldır. Mətbəxdə soyuducu, qabyuyan maşın, paltaryuyan maşın, kondisioner var. Digər zəruri mətbəx avadanlıqları mövcuddur. 24 saat mühafizə xidməti var. Su, qaz və işıq fasiləsizdir. Binada yüksək səviyyədə işləyən 1 sərnişin və 1 yük lifti mövcuddur. Mərtəbə və liftlər hər gün yüksək səviyyədə təmizlənir. Bina və ümumi istifadə sahələri daim səliqəli saxlanılır. Mənzil yalnız uzunmüddətli kirayə üçün nəzərdə tutulub. QEYD: Ev əvvəllər kirayə verilməyib və yalnız ev sahibinin şəxsi yaşayışı üçün istifadə olunub. Buna görə mənzil, mebel və məişət avadanlıqları səliqəli və baxımlı vəziyyətdədir. Mənzil məsuliyyətli, səliqəli və evə öz evi kimi yanaşacaq şəxslərə kirayə veriləcək. Öz mənzilimizdir, makler deyilik. Depozit: 1 aylıq kirayə haqqı məbləğində. Maraqlanan şəxslərdən əlaqə nömrəsi (WhatsApp aktivdir) əlaqə saxlaması xahiş olunur.