Bakı / Suraxanı / Yeni Günəşli qəs. / Yeni tikili
27.08.2026
Elan nömrəsi: 901378
bina.az Vasitəçi
170.000 AZN 1.393 AZN/m2 Satılır
Bakı. Suraxanı Yeni Günəşli İlqar Musayev küçəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.08.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 901378
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 122 m2
Mərtəbə 14 mərtəbə
Binanın mərtəbə sayı 15 mərtəbə
Otaq sayı 3 otaq
Sənəd Digər
Kredit Kreditsiz
Yeni Günəşli qəsəbəsi, Fatimeyi-Zəhra məscidinin aşağı hissəsində, A-B yaşayış massivində, 275 və 279 nömrəli məktəblərin yanında yerləşən yeni tikili 15 mərtəbəli binanın 14-cü mərtəbəsində 122 m² sahəsi olan geniş mənzil satılır. Mənzil 3 geniş otaqdan, mətbəx və eyvandan ibarətdir. Hamam və sanitar qovşaq ayrı-ayrıdır. Mənzil təmirsiz vəziyyətdədir və geniş sahəsi sayəsində yeni sahibinin öz zövqünə uyğun şəkildə rahat planlaşdırıb təmir etməsi mümkündür. Binada artıq 95 mənzildə yaşayış var. Su, işıq, qaz və internet daimidir, heç bir problem yoxdur. Bina 1 yük və 2 sərnişin lifti ilə təchiz olunub. Avtomobil saxlamaq üçün binanın öz yeraltı dayanacağı, həmçinin sakinlərin istifadəsi üçün kiçik futbol meydançası mövcuddur. Mənzilin sənədi maliyyə müqaviləsidir. Sənəd mənim adıma rəsmiləşdirilib və sənəddə mənzilin ümumi sahəsi 122 m² göstərilib. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Allah satanına da, alanına da xeyir versin.
Zəng et
Bənzər elanlar