Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 899007
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroNəriman Nərimanov
Sahə130 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
EKSKLÜZİV: Abad məhlədə, eksperimental Leninqrad daş layihə binada yeni təmirdən çıxmış, əşyalı ev satılır.
Binanın dörd tərəfi uşaq oyun və futbol meydançası, parkla əhatə olunmuşdur.
Studio mənzil 4 otaq, yelçəkən layihədir. Mənzildə 2 sanitar qovşağı (1-i yataq otağında olmaqla 2 motorlu cakuzili), 2 mətbəx (terrasda yay mətbəxi daxil olmaqla), geniş alman Hebeschibe siyirtmə qapı və paket şüşə cam balkonla (5000 azn) təchiz olunmuş terras var.
Mənzilin santexnika məhsulları alman “Grohe” brendinə aiddir, italyan divar kağızları “Emiliano Paratti”, elektrik sistemi italyan “Gewiss” olmaqla bütün otaqlarda vavien sistemi yığılıb, dartma tavan və gizli işıqlardan istifadə olunmuşdur.
Mənzilin mebel mexanizmi alman “Hettich” sistemi, mebel içi işıqlandırma, materiallar isə AGT türk panellərindən istifadə olunub.
İsitmə sistemi hibrid kombi kollektor uzaqdan idarəetmə və mərkəzləşmiş sistem ayrıca çəkilib, dəhliz, sanitar qovşaqlar və mətbəx isti döşəmədir.
Döşəmə fransız yolkası parket laminantla döşənmişdir. Mənzilin çamaşırxanası ayrıdır. Belə layihəli ev bu növ binalarda mövcud deyil. Mebel və texnikanın əksəriyyəti mənzildə saxlanılacaq.
Bina “Şəhər Bağları” ilə üzbəüz, tam mərkəzdə, həm Nərimanov, həm də Gənclik metro stansiyalarının yaxınlığında yerləşir. Mənzil ipotekaya yararlıdır.
Mənzilin sahibiyəm. Xahiş edirəm maklerlər narahat etməsin.