Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
26.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 898161
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə360 m2
Torpaq sahəsi12 sot
Otaq sayı9 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Qaradağ rayonu, Sahil qəsəbəsində, Primorski bulvarının yaxınlığında geniş həyət evi/bağ evi satılır. Ev dənizin tam qarşı tərəfində yerləşir, dənizə piyada bir dəqiqəyə çatmaq mümkündür. Ev 12 sot torpaq sahəsində yerləşir. Ümumi sahəsi 360 m², 3 mərtəbəlidir. Üçüncü mərtəbə mansard tipindədir. Evin fasadı və hasarı tamamilə ağlayla üzlənib. Həyətdə avtomatik darvaza mövcuddur. Evdə ümumilikdə 9 otaq, onlardan 6 yataq otağı və ayrıca mətbəx mövcuddur. Evin daxilində 4 sanitar qovşaq var. Onlardan 2-si master yataq otaqlarının daxilində, digər 2-si isə ümumi istifadə üçündür. Ev orta təmirlidir və mebelsiz satılır. Həyətdə: • cakuzili hovuz; • böyük ağaclarla əhatə olunmuş yaşıllıq sahəsi; • ayrıca manqal zonası və yay mətbəxi; • hovuzun yanında ayrıca tikilmiş sauna evi, duş və sanitar qovşaq; • bağban üçün ayrıca otaq, əlavə həyət sanitar qovşağı və duş; • anbar otağı; • açıq havada istirahət üçün bar guşəsi; • 2–3 avtomobil üçün örtülü dayanacaq; • avtomatik darvaza. Qaz, su və elektrik xətləri mövcuddur. Evin və torpağın çıxarışı var. Hər iki əmlak xüsusi mülkiyyətdədir. Əmlak böyük ailə üçün bağ evi və ya şəhərdənkənar yaşayış evi kimi istifadə oluna bilər. Çoxsaylı yataq otaqlarına malik olması və yerləşdiyi ərazi nəzərə alınaraq, Səngəçal istiqamətində çalışan şirkət əməkdaşlarının uzunmüddətli yerləşdirilməsi və korporativ icarə məqsədilə də əlverişlidir.