Abşeron / Saray / Yeni tikili
24.08.2026
Elan nömrəsi: 891155
bina.az Vasitəçi
138.600 AZN 1.034 AZN/m2 Satılır
Bakı. Abşeron Saray Məhəmməd Əsədov küç.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(051) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
24.08.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 891155
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 134 m2
Mərtəbə 10 mərtəbə
Binanın mərtəbə sayı 14 mərtəbə
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Saray MTK-da, kompleksin əsas girişinin tam yanında yerləşən binada 132 m² sahəsi olan qanuni 3 otaqlı mənzil satılır. Mənzil 10-cu mərtəbədə yerləşir, giriş hissəsi əlavə 1.5 m² genişləndirilib. Təmirsizdir və bu da yeni sahibinə evi öz zövqünə uyğun təmir etmək imkanı yaradır. Mənzil yelçəkəndir, binanın hər iki tərəfinə baxışı var. Gün ərzində otaqlar kifayət qədər işıq alır, hava dövranı çox yaxşıdır. İki geniş eyvanı var və otaqların planı olduqca rahat və funksionaldır. Bina 2 liftlidir, tam yaşayışlıdır. Qonşuların hamısı yaşayır və bina uzun müddətdir istifadədə olduğuna görə yaşayış mühiti formalaşıb. Kompleks sakit, təhlükəsiz və ailə üçün əlverişli ərazidə yerləşir. Ətrafda gündəlik həyat üçün lazım olan bütün infrastruktur mövcuddur. Marketlər, apteklər, məktəb, bağça, ictimai iaşə obyektləri və digər xidmət sahələri piyada məsafəsindədir. Mənzilin ən böyük üstünlüklərindən biri həm yerləşməsi, həm də geniş kvadraturasıdır. Saray MTK-da bu ölçüdə mənzillər çox olmur və maraqlananlar bunu yaxşı bilirlər. Vacib qeyd etmək istəyirəm ki, makler və ya vasitəçi deyiləm. Mənzil birbaşa özümə məxsusdur və satışını da özüm həyata keçirirəm. Heç bir əlavə komissiya yoxdur. Real alıcılarla qiymət barədə yerində danışmaq mümkündür. ❗ Yalnız WhatsApp vasitəsilə əlaqə saxlayın. Saray MTK
Zəng et
Bənzər elanlar