Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 888827
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə135 m2
Torpaq sahəsi4 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Buzovna qəsəbəsi, Albalılıq ərazisində, Aida Park və Nihat Marketə yaxın ərazidə geniş və keyfiyyətli həyət evi satışa təqdim olunur. Ev 4 sot torpaq sahəsində yerləşir, ümumi sahəsi 235 kv. m-dir və 4 geniş otaqdan ibarətdir. Tikinti zamanı keyfiyyətli materiallardan istifadə olunub və ev yaşayış rahatlığı nəzərə alınaraq inşa edilib. Evdə tam isti döşəmə sistemi quraşdırılıb. Dam örtüyü 15 sm qalınlığında tam izolyasiya olunub, ayrıca qazanxana mövcuddur. Otaqlar və mətbəx geniş, rahat planlamaya malikdir. Həyətdə hovuz, manqal sahəsi, yay mətbəxi və çardaq var. Bundan əlavə, şəxsi artezian quyusu mövcuddur və hidrofor sisteminə qoşulub. Qaz, su və işıq təminatı var, küçə işıqlandırılır. Əmlak sakit və yaşayış üçün əlverişli məhəllədə yerləşir. Məktəb, uşaq bağçası, supermarket, avtoservis, restoranlar və digər gündəlik tələbat obyektləri piyada məsafəsindədir. Sənədləşmə 2004-cü il tarixli bələdiyyə sənədindən başlayaraq ASAN Xidmət tərəfindən verilmiş arxiv təsdiqinədək mövcuddur. Satış qiyməti çıxarışın alınması ilə bağlı rüsum və məhkəmə prosesinin müddəti nəzərə alınaraq müəyyən edilib.