Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 886280
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə300 m2
Otaq sayı9 otaq
KreditKreditsiz
Həyət evi Oğuz rayonunun (şəhərin özü) yuxarı hissəsində əsas mərkəzi yolun üstündə təmiz havası olan, dağ mənzərəli, meşə istirahət zonalarına tam yaxın hissədə yerləşir. Yerdən 2metr hündürlükdədir, hər tərəfdən daş hasarla əhatə olunmuşdur və 6 otaqlı içərisində kondisioner, kombi və isti pol ilə təchiz olunmuş, super təmirli vəziyyədədir. Bütün kommunal xəttlər mövcuddur (qaz, su, işıq, wifi daimi və fasiləsizdir). Bəzi əşyalar da evdə qalacaqdır. Evin arxasında əkin üçün geniş torpaq sahəsi də var. Həyətin girişində 12x7m ölçüdə, evin arxasında isə 10x4m ölçüdə naves var. Evin altında təxmini 80kv sahəsi olan anbar(qladofka) mövcuddur. Həyətin ümumi sahəsi 6sotdur. 6sot daxilində əlavə yay üçün super təmirli 3 otaqlı ev də var. (2otaq,1zal studio,hamam və sanitar qovşağı) şəkilləri elanda yerləşdirilmişdir. Kirayə üçün də əlverişlidir. Əlavə olaraq həyət üçün besetka-manqal, müxtəlif növ meyvə ağacları, həmçinin ayrıca hamam-sanuzel və həyət mətbəxi də mövcuddur. Həyətdə 4 maşın saxlamaq olar. İstənilən vaxt əlaqə saxlayıb evə gəlib baxış edə bilərsiniz. Real alıcı ilə yerində razılaşma mümkündür