Bakı / Xətai / Yeni tikili
22.08.2026
Elan nömrəsi: 883703
bina.az Vasitəçi
377.500 AZN 2.435 AZN/m2 Satılır
Təmirli
Bakı. Xətai Gəncə prospekti
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(055) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.08.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 883703
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 155 m2
Mərtəbə 17 mərtəbə
Binanın mərtəbə sayı 20 mərtəbə
Otaq sayı 4 otaq
Kredit Kreditsiz
Xətai rayonu, Gəncə Prospekti 48A ünvanında yerləşən “Xətai Park” Premium Yaşayış Kompleksinin 17-ci mərtəbəsində, ümumi sahəsi 155 kv.m olan, qanuni 4 otaqdan 3 otağa düzəldilmiş, dəniz mənzərəli, super təmirli mənzil satılır. Mənzil müasir Amerikan-urban dizaynında hazırlanıb və geniş qonaq otağı (45 kv.m), 2 geniş yataq otağı (hər biri 28 kv.m), 2 hamam otağı, 25 kv.m-lik müasir mətbəx və 18 kv.m-lik geniş foyedən ibarətdir. İçərisində az yaşayış olub, xaricə gedildiyi üçün. Ev içərisində olan əşyalarla birlikdə satılır. • Qonaq və yataq otaqlarında təbii palıd parket; • Otaqlarda divarların rəng spektrinə uyğun dizayner işi pərdələr; • Mətbəx, foye və hamam otaqlarında İtaltherm kombi sistemi ilə qızdırılan döşəmə; • Otaqlarda Royal Thermo radiatorları; • 2 geniş eyvan və dəniz mənzərəsi; • Qonaq və yataq otaqlarında xüsusi sifarişlə hazırlanmış HBSHB sürgülü şüşə sistemləri – yüksək səs və termoizolyasiya; • Hamam otaqlarında olan avadanlıqlar Almaniyanın Grohe firmasına məxsusdur; • Mənzilə daxil olan su üçün 4 səviyyəli İtaliya istehsalı filtr sistemi; • Telefon, internet və Kabel TV. 1-ci yataq otağında ayrıca hamam, divara quraşdırılmış Sony LCD televizor, xüsusi dizaynlı mebel və yataq, idarəetmə paneli və dənizə açılan geniş sürgülü sistem mövcuddur. 2-ci yataq otağında divar daxilində xüsusi dizayn edilmiş qarderob, dizayner pərdələri və geniş dəniz mənzərəli WDS pəncərə sistemi var. Mətbəx “Mətbəxçi” dizayn şirkəti tərəfindən hazırlanmış divarboyu mebel, işıqlı bar, İtaliya istehsalı Corian süni daş iş masası, Grohe çanaq və kran, Gorenje qabyuyan, soba və qaz plitəsi, Electrolux aspirator, Panasonic su boyleri və televizorla təchiz olunub. Foye divarboyu böyük güzgülü sürgülü qarderob, gizli qarderob, ayaqqabı və çanta üçün xüsusi mebel və isti su sistemi ilə qızdırılan keramoqranit döşəmə.
Zəng et
Bənzər elanlar