Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 879737
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə61 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Gənclikdə, Atatürk Parkına mənzərəli, ipotekaya yararlı 3 otaqlı mənzil satışa çıxarılıb. Mənzil 9 mərtəbəli Eksperimental layihəli binanın 4-cü mərtəbəsində yerləşir. Mənzil əvvəllər 2 otaqlı olub, ideal şəkildə 3 otağa düzəldilib. Sənədi çıxarışdır və ipotekaya tam yararlıdır. Mənzil yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Yelçəkən planlamaya malikdir, geniş və işıqlı otaqları var. Yaşayış sahəsindən təcrid olunmuş balkondan birbaşa yaşıllığa və Atatürk Parkına gözəl mənzərə açılır. Mənzilin üstünlükləri: Hamam və sanitar qovşaq ayrıdır Qaz, su və işıq daimidir Fərdi kombi sistemi mövcuddur 500 litrlik ehtiyat su çəni var Blokda 24/7 təhlükəsizlik kameraları fəaliyyət göstərir Sakit və yaşıllıqla əhatələnmiş ərazi Yerləşmə baxımından da çox əlverişlidir. Mənzil Cook Mood restoranının tam yanında yerləşir. Gənclik metrosuna piyada təxminən 8-9 dəqiqəlik məsafədədir. Məktəb, bağça, market, ictimai nəqliyyat və digər gündəlik ehtiyaclar üçün bütün infrastrukturlar yaxınlıqda yerləşir. Blokdan birbaşa Atatürk Parkına çıxış var. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Real alıcıya endirim olacaq.