Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.08.2026
Baxışların sayı: 0Elan nömrəsi: 877265
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə110 m2
Torpaq sahəsi3 sot
Otaq sayı4 otaq
KreditKreditsiz
Sumqayıt şəhər 76-cı məhəllədə, "Portağal" marketdən cəmi 400 metr içəridə, məhəllənin ən enli və rahat küçəsində şəxsi evimi satıram. Ev makler evi deyil, cəmi 3 il əvvəl ailəm üçün ən keyfiyyətli materiallarla, təməlindən damına kimi xüsusi nəzarətlə və peşəkar ustalara tikdirmişəm. 9 daş kürsülüdür, 1.80 m hündürlüyündə quru və hündür zirzəmisi var. Ümumi 4 geniş otaq və ayrıca böyük mətbəxdən ibarətdir (yataq otaqları 4x4 m, qonaq otağı isə 6x4 m genişlikdədir). Qapı-pəncərələr ən bahalı və keyfiyyətlisindən qoyulub, bahalı xüsusi sifarişlə yığılmış mətbəx mebeli və bəzi əşyalar evdə qalacaq – gir yaşa vəziyyətdədir, bir qəpik xərc tələb etmir. Qazı, suyu, işığı daimidir və bütün sənədlər tam qaydasında öz adımdadır. Təcili satıldığı üçün yalnız evi canlı görüb almaq istəyən ciddi və real alıcılar əlaqə saxlasın; telefonda qiymət söhbəti olunmur, real alıcıya evə baxdıqdan sonra yerində qəşəng endirim ediləcək.